UN-Habibat (BMT-nin Məskunlaşma Proqramı) işğaldan azad edilmiş ərazilərdə olan kəndlərdən ikisinin lahiyələndirilməsində mütəxəssislər ayıraraq iştirak edəcək.
Bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, UN-Habibat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə olacaq.
Anar Quliyev əlavə edib ki, UN-Habibat-ın təşəbbüsü ilə insan yönümlü ağıllı şəhərlər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki, burda Azərbaycan 2 ekspertlə təmsil olunur.