“...ABŞ Ermənistanı sülh anlaşması imzalamağa çağırmalıdır”
Banuçiçək Kalbalıyeva
10:31 29.07.2021
Qarabağ
1024
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Millət vəkili Sahib Alıyev düşmənin “nadinciliyini” “Sherg.az”a şərh etdi:
“Düşmən Basarkeçərin etnik təmizləmə apardığı kəndlərindən birindən-Yuxarı Şorcadan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutub. Tutub və öncəki günlər olduğu kimi susdurulub. Oxuyuram ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycanla Ermənistanı atəşi dayandırmağa, sərhəddə gərginliyi azaltmağa və Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi altında danışıqlara başlamağa çağırıb.
Cənab Praysın fikrincə, ancaq yerdə qalan məsələlərin hərtərəfli həlli iki ölkə arasında əlaqələri normallaşdıra və region əhalisinin sülh içində yaşamasına imkan verərdi.
"Yerdə qalan məsələlərin" arasında azərbaycanlıların mövqelərimizin atəşə tutulduğu Basarkeçər daxil indi Ermənistan adlanan ölkədəki öz doğma yurd yerlərinə qayıtması da varsa, Dövlət Departamentinə beynəlxalq normalara sayğısından dolayı təşəkkür düşür.
Minsk Qrupu həmsədrlərinin vasitəçilik məsələsinə gəldikdə isə keçmişin təcrübəsi göstərir ki, həmin dövlətlər 28 ildə məsələnin həllindən daha çox ancaq ondan öz maraqları baxımından necə faydalanmağı düşünüblər.
Ona görə də ABŞ regionda, doğrudan da, vəziyyətin normallaşmasını istəyirsə, onda Azərbaycan Prezidentinin bununla bağlı beynəlxalq hüquqa əsaslanan təklifini dəstəkləməli, Ermənistanı sərhədlərin toxunulmazlığını tanımağa, sülh anlaşması imzalamağa çağırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm
Mayda 85 nəfər zəhərlənib, 2-si ölüb
12:03 01.06.2026
Hadisə
Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər
11:33 01.06.2026
Gündəm
“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir
11:07 01.06.2026
Sağlamlıq
İspaniya Baş naziri istefa tələbini rədd etdi
10:55 01.06.2026
Dünya