Ağdamda baş plan əsasında müəyyən layihələrin icrasına başlanılıb
19:37 30.07.2021
Qarabağ
695
"Bildiyiniz kimi, mayın 28-də Azərbaycan Prezidentinin Ağdam ictimaiyyəti ilə görüşü zamanı Ağdam şəhərinin baş planının təqdimatı keçirilib və təsdiq olunub. Artıq Ağdamda müəyyən layihələrin icrasına başlanılıb".
Bunu APA-nın Hadruta ezam olunmuş əməkdaşına açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, bəzi layihələrin də layihələndirilməsinə start verilib:
"Ağdamda olan vəziyyəti hamımız bilirik, mənfur düşmənimizin vəhşiliklərinin həddi-hüdudu yoxdur. Bir dənə də olsun bina, yaxud abidə salamat qalmayıb, ümumiyyətlə, daş-daş üstündə qalmayıb. Ona görə də orada işlər çoxdur, amma bu işlərin hamısını sistemli şəkildə aparmalıyıq. Ona görə də Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin yanında fəaliyyət göstərən müxtəlif işçi qrupların birgə fəaliyyəti çox vacibdir. Bütün bu məsələlər ona görə vacibdir ki, biz bu işləri sistemli şəkildə həyata keçirək. Burada müxtəlif qurumların birgə fəaliyyəti lazımdır. Baş plan təsdiq olunsa da, növbəti mərhələdə müxtəlif layihələrin razılaşdırılması, orada müxtəlif amillərin nəzərə alınması lazımdır. İstər ekoloji, istər infrastruktur, istər kommunal, istər nəqliyyat və digər amillərin nəzərə alınması üçün qurumların birgə fəaliyyəti vacibdir. Ona görə də təqdim olunan model olduqca vacibdir, bunun müsbət nəticəsini görürük".
E.Hüseynov deyib ki, Prezidentin tapşırığı ilə Əlaqələndirmə Qərargahı çərçivəsində Ağdamda layihə həyata keçiriləcək: "Ağdamda bu işlərə başlanılıb və davam edir. Biz də bu işlərə çox yaxından nəzarət edirik ki, nəticə etibarilə proses tezliklə başa çatsın. Cənab Prezidentin təbirincə desək, Ağdam şəhəri cənnətə çevrilsin, həqiqətən də biz buna layiqik və bunu edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm
Mayda 85 nəfər zəhərlənib, 2-si ölüb
12:03 01.06.2026
Hadisə
Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər
11:33 01.06.2026
Gündəm
“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir
11:07 01.06.2026
Sağlamlıq
İspaniya Baş naziri istefa tələbini rədd etdi
10:55 01.06.2026
Dünya