“Ankara Moskvanı qabaqlamalıdır”
Banuçiçək Kalbalıyeva
12:14 15.07.2021
Qarabağ
699
“Türkiyə üçün Qarabağ prioritetdir, lakin rəsmi informasiyaların tirajlanmasında çox gecikirlər”.
Bu sözləri sərhəddə, Şuşada ard-arda törədilən təxribatlar barədə “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov dedi.
O, vəziyyəti daha ətraflı izah etdi:
“Ötən gündən bu yana Şuşada iki dəfə tərxibat törədilib. Rusiya açıqlama versə də, hətta daha irəli gedərək həyasızcasına Ermənistanı tərəf kimi göstərsə də, Ankaradan bir reaksiya gəlməyib. Ankara Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki bərabərhüquqlu mandatından istifadə edib, informasiyaların yayılmasında Moskvanı qabaqlamalıdır.
Ondan sonra Kreml Ankaranın dedikləri kontektsində açıqlama verməyə məcbur qalacaq. Ankaranın gecikməsi Moskvanın təxribatçı bəyanatlar yayması üçün münbit zəmin yaradır.
Söz yox ki, Türkiyə yanımızdadır, hərbi dəstəyini də göstərməyə hazırdır . Lakin Birgə Monitorinq Mərkəzindəki statusundan yararlanmaması, informasiya platformasında arxa planda qalması xoş deyil. Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətindəki təxribatlara Ağdamdakı Monitorinq Mərkəzinin qarışmaq hüququ yoxdur.
Çünki Birgə Mərkəz yalnız Qarabağa cavabdehdir. Naxçıvandakı sərhəd təxribatlarına gəlincə, Ermənistan və ona havadar olanlar anlamalıdırlar ki, Türkiyə hərbi müdaxilə imkanlarını özündə saxlayır.
Birincisi, Şuşa Bəyannaməsinin müddəalarından irəli gələrək bölgəyə qoşun yeritməsi mümkündür. Bu zaman kimsə onun qarşısını kəsə bilməz. Şuşa Bəyannaməsi Azərbaycanın suveren ərazilərinin Türkiyə tərəfindən zəmanət altına alınmasını özündə ehtiva edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq