
Asəf Quliyev: Xatirələrimizdə olan Ağdam artıq yoxdur
12:25 24.07.2025
Qarabağ
702
Bu bizi ağrıtsa da, rayonun hər məhəlləsinin yenidən qurulduğunu görmək bizi rahatladır
Tezliklə möhtəşəm şəkildə qurulmuş Ağdam yaşamaq üçün qapılarını hər kəsin üzünə açacaq
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ağdam rayonu, təkcə coğrafi mövqeyi ilə deyil, həm də tarix boyu üzləşdiyi faciələrlə yadda qalıb. 1993-cü ildə Ağdam rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. İşğal nəticəsində şəhər tamamilə dağıdıldı, yaşayış binaları, məktəblər, mədəniyyət ocaqları, məscidlər viran qoyuldu. Ağdam “Qafqazın Xirosiması” adlandırılmağa başlandı.
Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Ağdam qan tökülmədən işğaldan azad edildi. Azərbaycan Ordusunun şanlı zəfəri ilə düşmən geri çəkildi və Ağdam yenidən öz sahiblərinə qovuşdu. Hazırda rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni yollar çəkilir, məktəblər və xəstəxanalar inşa olunur.
Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən dirçəlir, əvvəlki həyatına qayıdır və gələcəyə ümidlə baxır. Bu dəyişikliklər Ağdamın həm işğal dövründəki faciəsini, həm də azadlıqdan sonrakı quruculuq ruhunu əks etdirir.
Jurnalistlərə Hüquqi və Texniki Yardım” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist, əslən Qarabağdan olan Asəf Quliyev “Sherg.az”a deyib ki, vaxtilə Ağdam və ümumilikdə Azərbaycanın digər erməni təcavüzünə məruz qalmış ərazilərinin işğal planı Moskvada hazırlanmışdı:

"İşğal prosesi Ermənilər və rus silahlı qüvvələrinin birgə səyi ilə həyata keçirilmişdi. Torpaqlarımızın azad edilməsi nəticəsində zəfərin qazanılması Azərbaycanın ordusu və Ali Baş komandanın iradəsinin təntənəsi idi. Ramiz Rövşənin dediyi kimi, "ermənilər Qarabağı işğal etdilər, amma Ağdamdan qisas aldılar". Ağdamın dağıdılması, son kərpicinə qədər sökülməsi bunun bariz nümunəsidir. Təsəvvür edin ki, hərdən beynəlxalq təşkilatlarla təmasda olanda onlara deyirəm ki, 5 ildir Ağdam azad olunsa da, orada yaşaya bilmirəm. Bu fikrim onlarda maraqlı təəccüb doğurur ki, görəsən, niyə öz doğma torpağında yaşamır? Mən onların sual dolu baxışlarına cavab verirəm ki, çünki Ağdamda nəyinki mənim, kiminsə yaşaması üçün nəsə qalmamışdı. Bu gün Ağdamın yenidən tikilib-qurulması insanın ürəyini açır. 2 aydan bir, bəzən də daha tez-tez oranı ziyarət edirəm".
Müsahib vurğulayıb ki, hər dəfə Ağdama gedəndə arabir yolları qarışdırır:
"Çünki rayonda o qədər sürətli və fundamental işlər görülür ki, hər dəfə burada fərqli yeniliklə qarşılaşıram. Bütün bunlar məni təəccübləndirir və sevindirir. Təbii ki, kədərli məqamlar da mövcuddur. Ona görə ki, bizim vaxtilə yaşadığımız və xatirələrimizdə olan Ağdam artıq yoxdur. Bu bizi ağrıtsa da, rayonun hər məhəlləsinin yenidən qurulduğunu görmək bizi rahatladır. Əminəm ki, tezliklə möhtəşəm şəkildə qurulmuş Ağdam yaşamaq üçün qapılarını hər kəsin üzünə açacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm