Azad edilmiş ərazilərdə tullantıların yığılmasını həyata keçirəcək qurumlar müəyyənləşib
12:59 29.08.2025
Qarabağ
664
İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək
Sherg.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçiriləcək:
- Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;
- Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
- Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq qeyd olunan publik hüquqi şəxslərin balansına veriləcək.
Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm