“Azərbaycan döyüşləri antiterror əməliyyatı ilə başa vurmalıdır”
Banuçiçək Kalbalıyeva
11:13 14.07.2020
Qarabağ
852
Ermənistanın Tovuzda törətdiyi təxribat təkcə hərbçiləri yox, jurnalistləri, siyasətçiləri də hərəkətə gətirib. Politoloqlar çıxış yolu axtarır, mövcud vəziyyəti təhlil edirlər. Fikirlər müxtəlif olsa da, ümumi nəticə eynidir: düşmən layiqli cavabını almalıdır.
Sosial tədqiqatlar mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu hərbi əməliyyatların nəticələri barədə “Sherg.az”a proqnoz verib:
“Son otuz ilin ən ideal şəraiti yetişib. Heç bir regional və qlobal güc Azərbaycana buna görə irad tutmayacaq. Paşinyanın müharibədən sonra devriləcəyini düşünürəm. Döyüşlərin şiddətlənməsi onun son şansı, Bakının isə imkanlarının genişlənməsidir. Həmçinin pandemiya cəbhəsini Qarabağa keçirməklə onun gətirdiyi problemlərin də ağırlığını müharibəyə yükləməklə Azərbaycan cəmiyyəti daha üstün mövqe qazana bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya Paşinyana nifrət edir, KTMT iclasını təxirə salır. Ukrayna, Türkiyə bizi müdafiə edir. İranla Gürcüstan isə məsələyə loyal yanaşır. Ermənistan son şansını aprel müharibəsində - Putinin Əliyevə zəngi ilə itirdi, indi zəng edib, nə deyəcək? Həm də Azərbaycan ilə ən yaxşı münasibəti olduğu zamanda”.
Ə.Əlibəyli bildirib ki, diqqətli olmalı, təkcə cəbhədə yox, informasiya məkanında da ehtiyatı əldən verməməliyik:
“Azərbaycan döyüşü genişləndirib əməliyyat sahəsini Dağlıq Qarabağa və işğal edilmiş rayonlara yaymalı, antiterror aksiyası ilə prosesi başa vurmalıdır. ABŞ zatən sərhəd xidmətini gücləndirir, formalaşdırır və möhtəşəm bir güc inşa edir. Azərbaycan ordusu isə öz gücü hesabına Dağlıq Qarabağ xaric, digər işğal olunmuş rayonları çox rahat şəkildə azad edə bilər. Bundan sonra bütün danışıqlar prosesi Ermənistan və birbaşa himayəçiləri ilə aparmaq mümkündür. Onu da deyim ki, Azərbaycanda erməni dilinin tədrisi xüsusi təyinatlı təhsil müəssisələrində məcburi olmalıdır. O cümlədən, sərhəd rayonlarında. Müdafiə Nazirliyinin mətbuat xidməti adekvat, operativ olmaqla və ictimai rəyi idarə etməklə cəmiyyəti də arxasınca apararsa, şayiələrə meydan qalmaz. Beynəlxalq hüquq heç bir rol oynamasa da, istifadə edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm