
"Böyük Qayıdış" prosesi planlı həyata keçirilir
13:51 20.07.2023
Qarabağ
1426
Laçın şəhər mərkəzinə yaxın bir ərazidə sənaye parkının salınması nəzərdə tutulub Təxminən 46 müəssisə yaradılacaq ki, bu da 2000-dən artıq vətəndaşın daimi işlə təmin olunması deməkdir
"Böyük Qayıdış" proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə - Laçın şəhərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir.
Millət vəkili Mahir Abbaszadə də “Sherg.az"a açıqlamasında deyib ki, işğaldan azad edilmiş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır:

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir.
Hazırda həm Şərqi Zəngəzur iqtisadi rayonunda, həm də Qarabağda sürətli infrastuktur layihələri həyata keçirilir. Hətta bəzi ərazilərdə gedən tikinti prosesi artıq başa çatmaq üzrədir. Hazırda bu ərazilərdən məcburi köçkün düşmüş insanların yenidən öz ata-baba yurdlarına qaytarılması istiqamətində real addımlar atılır. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub”.
Millət vəkilinin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində görülən işlər içərisində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq onların məşğulluğu maksimum formada təmin ediləcək: "Böyük Qayıdış" prosesi mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir. Əgər biz insanların dayanıqlı qayıdışını sosial ədalət prinsipləri əsasında həyat təminatına çalışırıqsa, burada əsas məsələlərdən biri evlərin təmiri ilə bağlıdırsa, digər məsələ də köçürülən əhalinin məşğulluq probleminin həlli və iqtisadi təminatı ilə bağlıdır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye məhəllələrinin salınmasına başlanılıb, orada fəaliyyət göstərəcək rezidentlərə lisenziyalar verilib. Laçın rayonunda şəhər mərkəzinə yaxın bir ərazidə də sənaye parkının salınması nəzərdə tutulub. Təxminən 46 müəssisə yaradılacaq ki, bu da 2000-dən artıq vətəndaşın daimi işlə təmin olunması deməkdir. İşğaldan azad olunmuş ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensialı yüksək qiymətləndirilir. Orada sağlamlıq, eyni zamanda qış və yaz turizminin inkişafı ilə bağlı da müvafiq nazirliklər öz işlərini görür”.
M.Abbaszadə vurğulayıb ki, ölkə başçısının müvafiq tapşırıqlarına uyğun olaraq bu ərazilərdə kiçik və orta sahibkarlığın inkişafı üçün müxtəlif güzəştlərin tətbiqi nəzərdə tutulub: “10 il müddətində bu ərazilərdə fəaliyyət göstərəcək özəl sektor vergi və gömrük rüsumlarından azad olunub. Sosial müdafiə ödənişləri isə dövlət büdcəsi isə subsidiyalaşdırılacaq. Bütün bu tədbirlər işğaldan azad olunan digər şəhərlər kimi Laçından da yan keçməyib. 111 ailənin öz doğma yurduna qayıdışı təhlükəsiz bir şəkildə icra edilib və aktiv məşğulluq fəaliyyətləri təmin edilib. Belə ki, köçürüləcək insanların peşə fəaliyyəti, ixtisasları, öz dədə-baba yurdlarına qayıdarkən hansı işləri davam etdirəcəkləri barədə ciddi araşdırmalar aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya