Bu, tarixi zərurətdir! – “Türkiyə Azərbaycanda hərbi baza quracaq”
Banuçiçək Kalbalıyeva
12:51 05.06.2021
Qarabağ
1022
“Türkiyə gec-tez Azərbaycanda hərbi baza quracaq. Bu, tarixi zərurətdir!”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, “Sherg.az”a açıqlamasında bildirdi ki, sözügedən proses labüddür:
“ Rusiyanın gələcək planları hamıya bəllidir-Yaxın ətrafında olan ölkələri öz təhlükəsizliyini təmin etmək üçün vahid birlik altında birləşdirmək. Bu birlik Rusiya üçün bufer zona təşkil edəcək. Eyni zamanda bu ölkələr artıq Rusiyadan icazəsiz addım ata bilməyəcəklər. Rusiyanın guya türk birliyinə daxil olmaq istəyi də blefdir. Rusiya təsir dairəsini digər güclərlə paylaşmaq istəməz. Bu baxımdan, Rusiya bizə qarşı öz tələbini sərt şəkildə qoyacaq. Onda Türkiyənin bazalarını Azərbaycanda yaratmaq şərt olacaq”.
A.Qasımovun sözlərinə görə gələcəkdə qardaş ölkə ilə əlaqələr daha da genişlənməlidir:
“Biz istəsək də, istəməsək də Rusiya ilə münasibətimiz soyuyacaq, hətta gərgin olacaq. Məsələ konkretləşdikdən sonra hər şey üzə çıxacaq: ya Rusiyanın yanında, yaratdığı birlikdə olacağıq, ya da onun qarşısında. Qarşısında olmaq üçün isə yanımızda Türkiyə olmalıdır. Fikrimcə, Azərbaycan heç vaxt öz müstəqilliyini Rusiyanın təhlükəsizliyinə qurban verməyəcək. Azərbaycanın müstəqillik yolunda bu günə kimi keçdiyi şərəfli yol onu deməyə əsas verir ki, Rusiya qarşısında nə qədər çətin olsa da, heç vaxt öz azadlığından keçməyəcək. Bu baxımdan, biz Türkiyə ilə hərbi-siyasi-iqtisadi əlaqələrimizi daha da irəli aparmalıyıq. Azərbaycanın gələcəyi Türkiyənin yanındadır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual