Bu il daha 30 min nəfərin doğma yurduna qayıtması əsas hədəfdir.
Axar.az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib
Onun sözlərinə görə, hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:
"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtmağı əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikitinisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".