Düşmən özünü ifşa etdi: “İşğalçı mahiyyətini ortaya qoydu”
Banuçiçək Kalbalıyeva
16:35 25.08.2020
Qarabağ
1143
“Kəşfiyyat qrupu komandirinin nəinki əsir götürülməsi, hətta aşkar edilməsi ordunun hazırlığının sıfır səviyyədə olduğunu göstərir”
“İnanıram ki, biz hərbi hazırlığımızı daha geniş əməliyyatlarla dünyaya sübut edəcəyik”
Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin gördüyü qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb.
Erməni komandirin əsir götürülməsi barədə “Sherg.az”a danışan Qarabağ qazisi Kamil Musavi bunu düşmənin özünü ifşa etməsi kimi qiymətləndirib:
“Kəşfiyyat qrupu komandirinin nəinki əsir götürülməsi, hətta aşkar edilməsi ordunun hazırlığının sıfır səviyyədə olduğunu göstərir.
Üstəgəl, ermənilər daim təxribat törətdiklərini, işğalçı mahiyyətlərini ortaya oydular.
Halbuki özlərini dünyaya başqa cür-sülpərvər təqdim edirlər. Azərbaycanı təqsirkar kimi göstərirlər. İkinci bir tərəfdən isə bu, ordumuzun ayıq-sayıqlığının və mübarizliyinin nümunəsi idi.
İnanıram ki, biz hərbi hazırlığımızı daha geniş əməliyyatlarla dünyaya sübut edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya