
«Əlimin içi boyda lalə... » - Şəhriyar del Gerani
10:25 22.06.2023
Qarabağ
1953
Şəhriyar del Gerani Laçının gözəlliyini vəsf edib Şair Şəhriyar del Gerani: “Yaşıllıq sıldırımları çox görmüşəm, amma beləsini indiyədək görməmişdim”
Laçına, həm də şairlərin köçü – qayıdışı başlayıb. Şair Şəhriyar del Gerani Laçına gedib və şəxsi feysbuk səhifəsində Laçının Ağbulaq kəndindən canlı bağlantı yaradıb: “Biz Laçındayıq! Möhtəşəm hisslər keçiririk... Bura Laçının Ağbulaq kəndidir. Əziz, dəyərli dostumuz Şərif Ağayarın kəndi Ağbulaq! Hazırda onun kəndindəyik. 10 il əvvəl Şəriflə eyni yerdə çalışırdıq, o zaman onun Laçın, Ağbulaq həsrətinə şahid olmuşam. Mən ilk dəfədir Laçına gəlirəm. İşğaldan əvvəl yaşım imkan verməyib Laçına gəlim. Möhtəşəm qələbəmizdən sonra ilk dəfədir bura gəlirəm” deyən Şəhriyar del Gerani Laçının gözəlliyini vəsf edib. “Mən coğrafiyanı az-çox bilirəm. Yaşıllıqlar belədir; müəyyən hündürlükdən sonra adətən yaşıllıq bitir. Laçında isə belə deyil. Yaşıllıqlar bitmir, uzandıqca-uzanır. Yaşıllıq sıldırımları çox görmüşəm, amma beləsini indiyədək görməmişdim. Müxtəlif şəhərlərdə yaşamışam, dünyanın, türk dünyasının gözü İstanbulda yaşamışam, Ukraynada... Karpat dağlarını da bu səviyyədə görməmişəm. Laçın alternativsizdi! Bu qədər genişlik, bu qədər geniş dərə heç bir yerdə yoxdu...”
Şair Laçına daxil olanadək 5 postdan keçdiklərini də deyib: “Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın. Laçının mərkəzindən Ağbulağa 60 kilomertlik yoldu. Yol təmiri gedir, adamın ürəyi açılır. Camaat bura yaylağa gəlir. Mal-qaranı otarırlar. Allah bərəkət versin. Çox gözəl mənzərədi. Bu gözəlliyi ifadə etmək çətindi”.

Şəhriyar del Gerani Ağbulaq düzləri, dərələrində irihəcmli qırmızı lalə gördüyündən də danışıb: “Əlimin içi boyda lalə idi. Belə böyüklükdə laləyə çətin ki, başqa hardasa rast gəlmək mümkün olar”. Sonra da şair Ağbulaq düzlərindəki qara xallı – yerli əhalinin “bağrı qara lalə” adlandırdığı lalələrdən dərir. Və deyir ki, burda 1 m.kv əraziyə 200-ə yaxın bitki düşür. Ağbulaqda Şəhriyar del Gerani şair və yazıçı dostu Şərif Ağayarla telefon bağlantısı yaratdı. Şərif bəy də “oralarda olun, mən də gəlirəm”, dedi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya