Ermənilər Ağdərədə insident yaratdılar
Turan
12:33 11.09.2021
Qarabağ
954
Sülhməramlılar qeyri-qanuni yaratdıqları postu sökdülər
Separatçılar artıq rusların da "sözünə baxmır, hətta onların həyatına təhlükə yaradacaq əməllərə əl atırlar"
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə erməni separatçıları arasında silahlı insident yaşanıb. Bu barədə xəbər sosial şəbəkələrin erməni seqmentində yayılıb. Məlumata görə, münaqişəyə səbəb rusiyalı sülhməramlıların Ağdərə rayonu istiqamətində ermənilərin quraşdırdığı postlardan birinin sökülməsini tələb etmələri olub. Sülhməramlıların tələbini yerinə yetirməkdən boyun qaçırdıqlarına görə erməni hərbçilərilə münaqişə yaranıb. Münaqişə yaransa da, rusiyalı sülhməramlılar postu söküblər. Lakin ermənilər həmin ərazinin minalandığını Rusiyanın sülhməramlı kontingentinin mənsublarına bilərəkdən deməyiblər. Nəticədə sülhməramlılardan iki əsgər piyada əleyhinə minalara düşərək ağır yaralanıblar. Yaralılar Xankəndindəki hospitala aparılıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı olayı araşdırır.
Hadisəni “Şərq”ə təhlil edən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarından narazılığı hər gün ifadə olunmaqdadır. QAT sədrinin sözlərinə görə, rəsmi Bakının və Azərbaycan xalqının rus sülhməramlılarından konkret tələbi odur ki, öz missiyalarını yerinə yetirsinlər və səlahiyyətlərini aşmasınlar:
“Rusiya sülhməramlıları 10 noyabr bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni silahlılarını dərhal tərksilah etməli, bölgədən çıxartmalıydı. Orada yeni terrorçu dəstələrin yaranmasına imkan verməməliydi. Amma məqsədləri başqa olduğu üçün bunu etmədilər. Əksinə, Laçın dəhlizi vasitəsi ilə separatçılara silah-sursat daşındı, erməni quldurlarını silahlandırdılar. Bununla da məsuliyyət zonalarındakı erməni silahlılarının Şuşanı, Ağdamı atəşə tutmasına şərait yaratdılar. İndi ruslar qazdıqları quyuya özləri düşür. Erməni separatçıları rusların da “sözünə baxmır”, hətta onların həyatına təhlükə yaradacaq əməllərə əl atırlar. Vaxtında tələb olunan addımları atsaydılar, indi bu cür təxribatla üzləşməzdilər”.
A.Nağı qeyd edib ki, bu insident ciddi prosesin başlanğıcı olmalı, Rusiya sülhməramlıları nəhayət öz missiyalarını yerinə yetirməyə başlamalıdır:
“Əfsuslar ki, sülhməramlıların yeni komandanının ilkin hərəkətlərinə nəzər yetirdikdə ədalətli missiyanın icrasına ümid edə bilmirik. Çünki yeni komandan vəzifəyə başlamamış Ermənistandakı 102-ci hərbi bazanın rəhbəri ilə Müdafiə naziri A.Karapetyan ilə görüşüb. Rusiya sülhməramlıları Azərbaycan ərazisində yerləşdirilib. Əgər onlara komandan təyin olunursa, ilk görüş Bakıda olmalıdır, bizdən razılıq alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə