Ermənilərə silahları Rusiya hava yolu ilə ötürür
Yusif Nəzərli
13:40 19.05.2023
Qarabağ
1596
Bakı separatçıların təyin edilən postlarına zərbələr endirməlidir
Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşıdığı faktı ortaya çıxıb. Hadisə Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb. Silah daşındığını təsdiqləyən görüntülərdən aydın olur ki, qanunsuz erməni birləşmələri həmin mövqedə postlar qurub və aktiv şəkildə ora silah daşıyır. Ekspertlərin fikrincə, erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır.
Politoloq Turan Rzayev "Şərq"ə bildirib ki, Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil. Ekspertin sözlərinə görə, mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harada olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər:
"Burada əsas narahatlıq yaradan məqam separatçıların silah-sursatı necə və hansı yolla əldə etməsidir. Məsələ ondadır ki, erməni separatçı-terrorçuların daşıdığı qanunsuz silah-sursat Ermənistandan gətirilməyib.
Ən azından bu, quru yolu ilə baş tutmayıb. Ümumiyyətlə, Laçın postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil. Oradan keçən bütün mülki və digər təyinatlı nəqliyyat vasitələri və şəxslər yoxlanılır. Yalnız müvafiq yoxlanış sonrası Azərbaycan ərazisinə girişinə icazə verilir. Qeydə alınan videogörüntülərdən də aydın şəkildə görünür ki, rus sülhməramlıları qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların "postları" arasında silah daşımasına yardım edirlər. Prinsip etibarilə bu, ilk belə hadisə olmasa da, sülhməramlıların mandatına uyğun olmayan işlər ilə məşğul olduğunu bir daha sübut edir. Digər bir məsələ ilə həmin silah-sursatın separatçılara sülhməramlılar tərəfindən verildiyini göstərir. Sülhməramlılara davamlı şəkildə silah-sursat ya birbaşa Rusiya ərazisindən, ya da Ermənistandakı hərbi bazalarından quru və hava yolu ilə gəlir. Laçın postumuzun qurulması sonrasında bu proses dayanıb. Davam edirsə belə ən azından proses Bakının nəzarətindədir. Lakin indiki məqamda separatçılara verilən silahları Rusiya sülhməramlıları hava yolu ilə həyata keçirir".
Analitikə görə, sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir:
"Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə bu barədə Azərbaycan tərəfi həm Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir. Bundan başqa, Rusiya sülhməramlılarına gətirilən silah-sursat və texnika yalnız quru yolu ilə olmalıdır. Yəni müvafiq qaydada və rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir. Rusiya sülhməramlıları bütün bunlara baxmayaraq, separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə rəsmi Bakı separatçıların təyin edilən postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.
Ümumiyyətlə, erməni separatçılarının tərkisilah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında, ya da istəyində deyilsə, Azərbaycan özü prosesi reallaşdırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə