Əziz Şuşa, biz qayıtmışıq!
Fidan Həmişəyeva
11:24 08.05.2021
Qarabağ
1511
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Qarabağın işğalı başa çatdırılıb.
Bu gün isə Azərbaycan xalqı 8 mayı hüznlə deyil, qürur hissi ilə qeyd edir. Ölkə başçısı 2020-ci il noyabrın 8-də Şuşanın azad olunduğu vurğuladı. Bu, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun uğuru idi.
Millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, son 29 ildə ilk dəfədir ki, Şuşa və şuşalılar 8 mayı azad şəraitdə qeyd edir:
“Təbii ki, 1992-ci il 8 may tariximizdir və undulmayacaq. Bu ilə qədər hər zaman işğalçılar 8 mayda Şuşada böyük şənliklər edir, parad keçirirdilər. Amma indi biz qələbəmizi qeyd edirik. Bir neçə gün sonra bütün dünya Şuşada böyük və möhtəşəm bayramın keçiriləcəyinə şahid olacaq. Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və sərəncam imzaladı. Ulu Öndərimizdən sitat gətirmək istəyirəm. O, söyləmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”.
Bəli, bu gün Şuşa da, Qarabağ da azaddır. Yaxın zamanlarda isə digər xırda məsələlər həllini tapacaq. Cənab Prezidentin 2020-ci il noyabrdın 8-i günü dediyi sözləri xatırlayaq:
“Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Ölkə başçısının bu söylədikləri tarixi sözlərdir. Həqiqətən də Şuşa çox sürətlə bərpa olur və dirçəlir. Bütün şuşalılar qayıdış gününü səbirsizliklə gözləyirlər. Keçən illərdən fərqli olaraq bu il 8 mayı işğal günü və şəhidlərimizi anmaqla bərabər, qürur hissi ilə yaşayırıq. Əvvəlki illərdə olduğu kimi məğlub və məyusluqla yox, qalib millət və dövlət kimi bu günü anırıq. Düşmənə nifrətlə bəyan edir və deyirik ki, “Şuşamızı sizin kimi murdar işğalçılardan azad etmişik. İndi siz məğlub durumdasınız”.
Belə günləri yaşayan xalq sevinməli, fəxr etməlidir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz qalibiyyət qazandı. Beləliklə, qalib millət və dövlət kimi yaşamaq hüququnu əldə etmişik”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial