Həmsədrlərin susqunluğu: Paşinyanın sərsəm mövqeyi Minsk Qrupunun sülh təşəbbüsünü heçə endirir
Turan
11:30 29.08.2019
Qarabağ
913
"Paşinyan və onun komandası Azərbaycan torpaqlarının işğal edilməsi faktını ört-basdır etməyə çalışırlar". Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, məhz bu baxımdan ermənilər son günlər absurd açıqlamlar verərək Qarabağın tarixən ermənilərin ərazisi olduğu yalanını ortaya atırlar:
“Yəni düşmən konkret olaraq bəyan edir ki, torpaqlarımızı azad etmək fikri yoxdur. Əfsuslar olsun ki, həmsədr dövlətlər də onların sərsəm bəyanatlarına görə, heç bir mövqe ortaya qoymurlar. Belə çıxır ki, həmsədr dövlətlərin özləri də işğalçı ilə həmfikirdilər. Əgər elə olmasaydı, vasitəçilər dərhal Paşinyanın sərsəm açıqlamalarına reaksiya verərdilər. İşğalçını cəzalandırmaq üçün nəsə edərdilər, amma heç bir addım atmırlar. Belə olan təqdirdə Azərbaycanın mövcud hərbi gücündən istifadə etməkdən başqa çıxış yolu qalmır. Biz hərbi vasitədən yararlanaraq ərazi bütövlüyümüzü təmin etməliyik. İndiki halda heç bir sülh danışıqlarından söhbət getmir”.
Parlament vurğulayıb ki, ermənilərin bəyanatları, həmsədrlərin susqunluğu göstərir ki, problemi danışıqlar yolu ilə həll etmək mümkünsüzdür:
“Yeganə yol odur ki, Azərbaycan beynəlxalq hüquqa və öz konstitusiyasına əsaslanaraq ərazi bütövlüyünü bərpa etsin. Bunun da yolu hərbi gücdən istifadə etməkdir. Artıq dünya beynəlxalqla hüquqla, ədalətlə yox, güclə, haqsızlıqla olunur. Buna görə də bizə başqa çıxış yolu görünmür. Çünki düşmənin torpaqlarımızı tərk etmək fikri yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial