“İstənilən vaxt biz antiterror əməliyyatlarına başlaya bilərik” – ŞƏRH
Yusif Sultanoğlu
18:24 01.07.2023
Qarabağ
1549
“Sonuncu – “Qisas-2” əməliyyatları Azərbaycan əsgərinin yaralanması, 5 erməni əsgərinin isə məhv edilməsi ilə nəticələndi. Ermənilər bir daha hiss etdilər ki, bizə atılan bir gülləyə qarşı belə adekvat cavab alacaqlar”.
Bu fikirləri Oxu.Az-a Qarabağda törədilən erməni təxribatları və “Qisas-2” əməliyyatı haqqında danışarkən deputat Arzu Nağıyev deyib. Deputat bildirib ki, Azərbaycanın öz daxilində, ərazisində “Qisas-2” əməliyyatı gedir:
“İstənilən vaxt biz antiterror əməliyyatlarına başlaya bilərik. Ermənilərin yaratdığı terror yuvalarını dağıtmaq üçün istənilən vaxt Azərbaycan əməliyyat keçirə bilər.
Ermənilər sazişlərə, danışıqların nəticələrinə əməl edib, qanunsuz silahlı birləşmələri torpaqlarımızdan çıxartmadıqca onlar üçün nəticə yaxşı olmayacaq.
Sülhməramlı qüvvələr də durumdan nəticə çıxartmalı, Ermənistana təzyiqi artırmalıdır.
Ermənilər ciddi cəhdlə çalışırlar ki, cəsədləri Laçın yolu ilə Ermənistana çıxartsınlar. Bu sübut edir ki, Ermənistan ordusunun əsgərləri qeyri-qanuni olaraq Azərbaycan ərazisindədir. İstənilən vaxt bizim onları məhv etmək hüququmuz var.
Qarabağda 3 cür erməni yaşayır. Birincisi, Azərbaycan konstitusiyasını, qanunlarını qəbul etmək istəyənlər, ikincisi, qaçıb canını qurtarmağa çalışanlar, üçüncüsü isə separatçılar, revanşist adı ilə vəzifələrdə oturanlardır. Onlar başa düşməlidir ki, Azərbaycana qarşı törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Ölkə başçısının ordu günündə çıxışı ermənilər və onların havadarları üçün mesaj idi. Ermənilər heç bir beynəlxalq statusu olmadan Azərbaycanla danışıqlara getməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya