Paşinyanın zəngləri nəticəsiz qaldı: Azərbaycan möhkəmləndiyi ərazilərindən çıxmayacaq
Turan
13:06 15.05.2021
Qarabağ
1112
"Dövlət sərhədlərinin müəyyənləşməsi 10 noyabr birgə Bayənnaməsinə uyğun olaraq aparılır".
Bunu "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, artıq Moskvadan da açıqlamalar verilir ki, sərhədlərin müəyyənləşməsi birbaşa məlum bəyannaməyə uyğun olaraq aparılmalıdır:
"Nikol Paşinyanın V.Putinə zəngləri heç bir nəticə vermir. Hətta rəsmi kömək istəməsinə baxmayaraq, Azərbaycan tərəfi möhkəmləndiyi ərazilərdən çıxmayacaq. Bir tərəfdən bu proses Paşinyanın seçki təbliğatına mənfi təsir edir və burada da Moskva marqlı tərəfdir. Azərbaycan əlverişli situasiyadan istifadə edib, ciddi nəticələr əldə edir. Ermənistan tərəfinin ciddi şəkildə prosesə Rusiya, Fransa və ABŞ-ı cəlb etməsinə baxmayaq, rəsmi Bakı konkret olaraq öz mövqeyində qalır. Çünki geri çəkilmək Azərbaycanın Qarabağdakı proseslərdə mövqeyinə mənfi təsir etməklə yanaşı, Qazaxın yeddi kəndi və NMR Kərki kəndinin Ermənistanın nəzarətində qalması ilə nəticələnə bilər".
Siyasi şərhçi bəyan edib ki, ümumiyyətlə, fikir versək, bu gün Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazisindədir:
"Məhz Qarabağda silahlı erməni birləşmələri qalır, Qazaxın yeddi kəndi onların nəzarətindədir. Azərbaycan konkret olaraq Rusiya, Fransa və ABŞ məhz bu detalları xatırlamalı və geri çəkiləcək varsa, bu Ermənistan tərəfi olmalıdır deməlidir. Nə qədər ki, erməni silahlıları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalıb və Qazaxın yeddi kəndi boşalmayıb Ermənistana ciddi təzyiqlər labüddür. Dövlət sərhədlərinin SSRİ dövründəki xəritəsi həm Bakıda, həm İrəvanda və Moskvada var. Daha dəqiqləşmə üçün Moskvada saxlanılan xəritələrdən istifadə edilə bilər. Amma, Ermənistan buna getməyəcəyi şübhəsizdir. Bir müddən bundan əvvəl Ermənistan tərəfindən Zəngilan istiqamətindən Azərbaycan hərbiçilərinə atəşin açılması və yeni planların qurulması Azərbyacnın hərəkətə keçməsi ilə nəticələndi. Sərhədlərin delimatasiya məsələsində Moskva reallığı bildiyi üçün Azərbaycana təzyiq edə bilmir. Rusiya da Azərbaycanla əlaqələri pozmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq