“Qarabağ Qaziləri” İB BMT-nin üzvü oldu: "Həqiqətlərimiz dünyaya çatacaq”
Banuçiçək Kalbalıyeva
12:23 22.06.2020
Qarabağ
2080
“Məqsəd görülən işləri BMT səviyyəsində müzakirəyə çıxarmaqdır”
“Həmçinin BMT-nin prioritetlərinin müəyyənləşməsində də iştirak etmək istəyirik”
“Qarabağ qaziləri” ictimai birliyi BMT-nin Sosial İqtisadi Şurasına (ECOSOC) üzvlüyə qeydə alınıb. Təşkilatın quruma üzvlüyü ilə bağlı məsələyə ECOSOC QHT Komitəsinin 19 ölkə təmsilçisindən ibarət növbəti geniş sessiyasında baxılacaq”.
Bu barədə “Qarabağ qaziləri” İctimai Birliyin sədri Asəf Əliyev bildirib. O, Qarabağ qazilərinin müraciətlərinin, onların işğal altındakı ərazilərimizdə törədilən vandalizm aktları ilə bağlı bəyənatlarının, eləcə də sosial-iqtisadi məsələlərdə qazilərin hüquqlarının müdafiəsi, çox minli qazi ordusunun səsinin yüksək tribunalardan eşidilməsi kimi məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsinə ciddi önəm verdiyini bildirib. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının gücləndirilməsində səylərin artırıldığını vurğulayıb.
Məsələ ilə bağlı “Sherg.az”a ətraflı məlumat verən hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, adıçəkilən İctimai Birlik çox böyük nüfuza malikdir:
“Bu birlik 1990-cı illərdən fəaliyyət göstərir. 2001-ci ildə isə qeydiyyata alınıb. Ötən illər ərzində biz çox böyük işlər görmüşük. Əlillərə, Qarabağ qazilərinə qayğı göstərilməsində, o cümlədən onlara mənzil və maşınların verilməsində, qanunvericiliyə dəyişiklik edilməsində bu birliyin müstəsna xidmətləri var. Yəni “Qarabağ qaziləri” İB kifayət qədər böyük təşkilatdır.
R.Kərimoğlunun fikrincə, bu, gələcəkdə mühüm əhəmiyyətə malik olacaq:
“Biz artıq BMT-yə qeydiyyata alındıq. Gələn ildən isə konsultativ üzvü olacağıq. Gələcəkdə hətta əsas üzvlərindən birinə çevrilə bilərik. Azərbaycandan indiyə qədər ancaq Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin üzvü olmağı bacarıb. Bizim bu addımı atmaqda məqsədimiz isə Azərbaycan həqiqətlərini dünyaya tanıtdırmaq, görülən işləri BMT səviyyəsində müzakirəyə çıxarmaqdır. Həmçinin BMT-in prioritetlərinin müəyyənləşməsində də iştirak etmək istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə