
Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir
Yusif Nəzərli
06:06 14.05.2022
Qarabağ
886
Sərhədlərlə bağlı komissiyaların yaradılması və görüşlərin təşkili heç nəyi həll etməyəcək
Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların sədrləri və formatı müəyyənləşdirilib. Bu barədə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında deyib. XİN rəhbəri münaqişənin keçmişdə qaldığını, hazırda əsas vəzifənin işğaldan azad edilmiş əraziləri yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etmək olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazırdır: “Sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımlar atılıb”.
C.Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmindədir. Xarici işlər naziri iki ölkə arasında həllini gözləyən ciddi məsələlərin qaldığını da diqqətə çatdırıb. Məlumat üçün bildirək ki, Düşənbədə keçirilən iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısı Sergey Lavrovla ikitərəfli və üçtərəfli görüşləri də baş tutub.
Tərəflər Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının gedişatını və qarşıda duran vəzifələri müzakirə ediblər.

XİN başçısının açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyaların yaradılması yaxın zamanda problemlərin həlli anlamına gəlmir. Analitikə görə, komissiyaların formatı və sədrlərin təyin olunması texniki məsələdir:
“Bu prosesin özü uzun illər tələb edir. Hazırda ölkəmiz üçün prinsipial olan başqa məsələlər var. Qarabağda suverenliyimizi təmin etmək ən ümdə missiyamızdır. Bunun üçün ilkin şərt Qarabağdakı erməni silahlılarının tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılmasıdır. Bizim üçün ilk prioritet məsələ budur. Qanunsuz silahlıların, terrorçu qüvvələrin Azərbaycan ərazisində qalması sabitliyin hər an pozulmasına imkan yaradır. Bu da Rusiyanın maraqlarına xidmət edən məsələdir. 17 ay ərzində qanunsuz birləşmələrin Qarabağdan çıxarılmamasının əsas səbəbi Azərbaycana təzyiq imkanlarının saxlanmasıdır. Ona görə də sərhədlərlə bağlı komissiyaların yaradılması və görüşlərin təşkili heç nəyi həll etməyəcək. Bunun üçün sülh müqaviləsinin hazırlanmasına və razılaşdırılmasına ehtiyac var. Sülh müqaviləsi sənədində konkret prinsiplər var. Həmin prinsiplər ölkələrin ərazi bütövlüyünün və suverenliyin təmin olunmasını, ərazi iddialarından vaz keçilməsini özündə ehtiva edir”.
N.Miri vurğulayıb ki, Rusiya prosesdə dominant olduğunu göstərmək üçün Düşənbədə üçtərəfli görüşü təmin edib:
“Moskva Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Rusiyada hələ də düşünürlər ki, belə bir sülh müqaviləsinin imzalanması Moskvanın Cənubi Qafqaz ölkələrinə təsir imkanlarını yox edəcək. Kreml üçüncü-dördüncü qlobal güclərin regiona müdaxiləsinin qarşısını almağa çalışır. Əslində Rusiya sülhə qarşı deyil, amma bütün proseslərin, məsləhətləşmələrin sadəcə Moskvanın nəzarətində getməsini istəyir. Bu da Azərbaycanın dövlət maraqlarına uyğun deyil və göz aldatmacasıdır. Ona görə də Azərbaycan alternativ variantlardan istifadə etməlidir. Avropa Birliyinin təşəbbüskarı olduğu prosesdə iştirakla bərabər, həm də Ermənistanla vasitəçisiz, ikitərəfli formatda danışıqlara üstünlük verilməlidir. Ermənistan da ikitərəfli görüşlərdə maraqlı olduğunu göstərir. İrəvan Rusiyanın qlobal və regional səviyyədə sürətlə zəifləyəcəyinin fərqindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
03:03 29.03.2026
Region
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə