Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib

Şuşaya 1 411 nəfər köçürülüb. Bu il Şuşanın təxminən bir-iki kəndinə köç olacaq. Növbəti köç mərhələsi gələn ilin ikinci-üçüncü rübündə olacaq.

Sherg.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, vətəndaşlar Şuşa şəhərində inşa olunan 43 çoxmərtəbəli binaya köçürüləcəklər:

"Gələn il təxminən 9 ailə Şuşaya köçürüləcək. Kəndlərə isə ilkin mərhələdə 50 ailə köçürüləcək".

"Şuşaya bu günə qədər ümumilikdə, təxminən 100 milyon manatdan çox vəsait xərclənib".