“Üçtərəfli razılaşma pozularsa, böyük problemlər yaranacaq”
Banuçiçək Kalbalıyeva
15:40 06.05.2021
Qarabağ
688
“İki əsas məsələ var: Zəngəzur dəhlizinin açılması və böyük qayıdış”
“İnsanlarımızın Qarabağa köçməsi üçün ərazi minalardan təmizlənməli, müxtəlif infrastruktur layihələr həyata keçirilməlidir”
“Ermənistan buna mane olacağı təqdirdə lazımi cavabı alacaq”
Ermənistanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdən sonra Paşinyanla müzakirələrin aparılması beyinlərdə suallar yaradıb.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə görüş barədə fikirlərini “Sherg.az”a şərh etdi:
“Paşinyan istefa versə də, baş nazir vəzifəsini icra edir. Odur ki, Lavrovun onunla görüşməsi təəccüblü deyil. Həm Azərbaycana, həm də Ermənistana səfərdə məqsəd üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsidir. Ümid edirik ki, bu, Rusiyanın da maraqlarına cavab verir. Əks halda ciddi suallar və problemlər meydana çıxacaq. Hazırda Azərbaycanı maraqlandıran iki əsas məsələ var: Zəngəzur dəhlizinin açılması və böyük qayıdış. İnsanlarımızın Qarabağa köçməsi üçün ərazi minalardan təmizlənməli, müxtəlif infrastruktur layihələr həyata keçirilməlidir. Ermənistan buna mane olacağı təqdirdə lazımi cavabı alacaq. Rusiyanın üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə inanırıq. Ən azından Zəngəzur dəhlizinin açılması və minalı ərazilərlə bağlı ciddi addımların atılacağına ümid edirik. Onu da deyim ki, Lavrovun səfərindən əvvəl Azərbaycan üç diversantı qaytarması ilə öz humanist mövqeyini göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya