Xankəndidə “son çırpıntılar”:"Araik Moskvanı “satdı”, Kreml isə...”
Banuçiçək Kalbalıyeva
09:54 23.06.2021
Qarabağ
1164
“Orada baş verənlər Bakının xeyrinədir”
“Kim istəsə Qarabağdan çıxacaq, kim istəsə vətəndaşlığımızı qəbul edib, yaşayacaq”
“Biz indiki situasiyaya uyğun olaraq Araiki yenidən beynəlxalq axtarışa verməli və bu barədə Rusiyaya müraciət etməliyik”
Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq mitinq keçiriblər. Etirazçılar qondarma rejimin rəhbəri Arayik Arutunyanın istefasını tələb ediblər. Mitinqə toplaşanlar A.Arutunyanın Qarabağdakı ermənilərinin mövqeyini əks etdirmədiyini bildiriblər. Aksiya iştirakçıları onu 44 günlük müharibə zamanı erməniləri aldatmaqda ittiham edib və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan kimi kapitulyant, yəni təslimçi adlandırıblar.
Mitinqə toplaşanlar “Araik, rədd ol!”, “Araik satqındır!” şüarlarını səsləndiriblər. Qondarma rejimin nümayəndələrindən Artak Beqləryan etirazçılara Arutunyanın Xankəndidə olmadığını və onun Ermənistandan Qarabağa iyunun 22-də qayıdacağını deyib. Özünü “Hadrutun işğaldan azad edilməsi” adlı təşkilatın rəhbəri kimi təqdim edən Meri Davtyan və David Avanesyan adlı Xankəndi sakini isə Arutunyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb. Araikin rəqibləri iyunun 22-si saat 19:00-dan etibarən mitinqləri davam etdiriblər. Etirazların əsas səbəbi kimi Araik Arutunyanın Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindəki qələbə münasibətilə təbrik etməsi göstərilir.
Görünür, Ermənistan hakimiyyətində hələ də ikitirəlik var. Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev mövcud vəziyyəti “Sherg.az”a şərh etdi:
“Xankəndidə baş verənlər təkcə Köçəryanın yox, həm də Rusiyanın siyasətinin tərkib hissəsidir. Araikin İrəvana gedərək Paşinyanı təbrik etməsi “Dağlıq Qarabağ”dakıların adından danışmaq deməkdir. Qondarma rejimin başçısı yaxşı başa düşür ki, Qərb Paşinyanı dəstəkləyir. Bunu beynəlxalq təsisatların seçkilərlə bağlı müsbət rəyləri də göstərir. Beləliklə, Arutunyan öz hərəkəti ilə Moskvanın maraqlarını satdı”.
C.Nuriyevin fikrincə, biz mövcud vəziyyətdən istifadə edə bilərik:
“Baş verənlərin siyasi nəticəsi olmayacaq. Hərbi xunta rejimində idarəçilik sisteminin olmadığı aşkardır. Azərbaycan və Türkiyənin “Şuşa bəyannaməsi” ilə dünyaya verdiyi mesajı ermənilər də anlamalıdırlar: Daha bizə “bata bilməzsiniz”. Bunu əslində Xankəndidə başa düşürlər. Orada baş verənlər “son çırpıntılardır” və Bakının xeyrinədir. Kim istəsə Qarabağdan çıxacaq, kim istəsə vətəndaşlığımızı qəbul edib, yaşayacaq. Biz indiki situasiyaya uyğun olaraq Araiki yenidən beynəlxalq axtarışa verməli və bu barədə Rusiyaya müraciət etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
17:58 01.06.2026
Gündəm
Putinin “gizli ailəsi”: İki oğlunun olduğu bildirilir - FOTO
17:53 01.06.2026
Dünya
SON DƏQİQƏ: İran ABŞ-la danışıqları dayandırdı
17:48 01.06.2026
Gündəm
Sabah BTQ dəmir yolu xətti istifadəyə veriləcək - FOTO
17:24 01.06.2026
İnfrastruktur
Medvedev: Paşinyan axırda Avropaya qaçacaq
17:22 01.06.2026
Gündəm
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edilib
17:09 01.06.2026
Media
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya