İqtisadçı: Buna görə də ətin qiyməti bahalaşmaqda davam edir -MARAQLI FAKT
09:55 16.07.2024
İqtisadiyyat
663
2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 1%, yumurta istehsalı 7,4% artıb, yun istehsalı 1,6%, barama istehsalı isə 32,8% azalıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.
İribuynuzlu mal-qaranın 49,5%-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, Azərbaycan bazarı özünü hər zaman yumurta ilə təmin edib:
“Azərbaycana xaricdən yumurta gəlməyib. Çünki ölkənin yumurta tələbatını yumurta istehsalçılarımız broylerlərlə təmin edə bilir. Hətta tələbatımızdan 30-40 faiz artıq istehsal olunur ki, xaricdə problem olan zaman ixrac etsinlər. Yumurta bolluğunun nəticəsində may ayında qiymət ucuzlaşdı. Ət məhsulunun istehsalı isə arta bilər, lakin həm iri, həm də xırdabuynuzlu heyvanlarda saxlanma sayı aşağı düşüb. 2015-2016-cı illərdə 8.7 milyon baş heyvan saxlanılırdı, hazırda o rəqəm gəlib düşüb 7.7 milyona. Təxminən 10 faizə qədər xırdabuynuzlu heyvanların sayında azalma var. Ətə olan tələbat artıb. Eyni zamanda saxlanılan heyvanların sayı az olduğuna görə də ətin qiyməti bahalaşmaqda davam edir. Çünki ət müxtəlif ölkələrdən gətirilir. Ölkədə südün istehsalı üçün də xammallar xaricdən gəlir. İstehsalın artması yaxşıdır. Ona görə ki, qiymət artımı olmayacaq. Azərbaycanda südlərin üzərinə orqanik süd yazırlar. Ancaq çoxu süd tozundan istifadə edilərək hazırlanır. Saxlanılan heyvanların sayı artmadığına görə, ölkədə süd yığımı artmayıb. Yəni idxal edərək istehsalı artırıblar. Ölkəmizə süd məhsulları Fransa, Hollandiya, Avropa, Zellandiya, Avstraliya və digər ölkələrdən gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə