
Qida zəhərlənməsi zamanı nəyə diqqət edilməlidir? -Həkimdən tövsiyə
10:50 17.07.2024
Sağlamlıq
595
İsti havalarda tez-tez rastlanan sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Hətta bu zəhərlənmələr kütləvi xarakter daşıyır. Ölümə belə, yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?
Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, fəsildən asılı olmayaraq qida zəhərlənmələri eyni dəşikliklərlə orqana zərbə vurur: ''Zəhərlənmələr toksikasyonun dərəcəsinə uyğun yüngül, orta, ağır formalara bölünür. Burada ən təhlükəsi botulizm xəstəliyidir. Çünki onun müalicəsi çox çətindir. Belə ki, insanda əzələ ağrılarından tutmuş huşun itməsinə qədər problemlər yaradır. Həmin xəstəlik ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlardan yaranır. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər. Botulinumun bakteriyası olan clostridium torpaqda yaşayır. Bu bakteriyalar oradan tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayət qədər yaxşı təmizlənib yuyulmur, düzgün sterilizasiya olunmur və uyğun olmayan şəraitdə saxlanılırsa, insan botulizm xəstəliyinə tutula bilər''.

Ş.Namazlı vurğulayıb ki, zəhərlənmədən sonra, düzgün qidalanmaya diqqət etməliyik:
''Məsələn,ilk dəfə tanış olmadığımız qidadan az miqdarda qəbul etməliyik. Həmçinin, meyvələri vaxtından erkən yeməməliyik. Çünki hər bir meyvəni öz vaxtında yemək daha məqsədəuyğundur. Bir gün qalan yeməkləri qəbul etmək olmaz. Ona görə ki, yeni təmizlənən bağırsaqlarda tez dəyişiklik baş verir. Həmçinin, bu zaman mümkün qədər qızartma yeməklərini azaltmaq lazımdır. Bu baxımdan müalicə ilə birgə düzgün qidalanmaya diqqət olunsa, effektiv nəticə almaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə