
Şiştəpədə “Forest school inteqrasiyalı məktəbəqədər təhsil” layihəsinə start verilib -FOTO
08:27 03.02.2025
Sosial
485
Şiştəpədə “Forest school inteqrasiyalı məktəbəqədər təhsil” layihəsinə start verilib.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyə dəstəyi ilə Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbində unikal “Forest School İnteqrasiyalı İcmaəsaslı Məktəbəqədər” sinfi fəaliyyətə başlayıb. Bu layihə məktəbəqədər təhsilə yeni bir nəfəs gətirərək, uşaqların təbiətlə iç-içə böyüməsinə imkan yaradır.
Bu sinifdə uşaqlar müvafiq yaşlarına uyğun hazırlanmış kurrikulumdakı məzmunu öyrənməklə yanaşı, meşə və çölçülük praktiki dərsləri də keçirlər. 3-4 yaşlı uşaqlar burada meşə və çöl şəraitində diqqət etməli olduqları məsələləri öyrənir, bu şəraitdə çadır düzəltmək, ocaq qalamaq, cəhətləri tapmaq kimi bacarıqlara yiyələnirlər. Bu təcrübə uşaqların həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir, onların təbiətə olan sevgisini artırır və ətraf mühitə daha həssas olmağa sövq edir.
Bu layihə təkcə Şiştəpə kəndi üçün deyil, bütün ölkə üçün bir yenilikdir. “Meşə Məktəbi” uşaqların təbiətlə təmas quraraq öyrənməsi, onların özünə inam hisslərinin güclənməsi və müstəqil düşünmə qabiliyyətlərinin inkişafı üçün böyük imkanlar yaradır. Layihənin uğuru gələcəkdə digər bölgələrdə də bu cür məktəblərin açılmasına zəmin yarada bilər.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Zamanova Səkinə, uşaqların tərbiyəçi müəllimi Hacıyeva Leyladır. Layihənin həyata keçirilməsində yerli icma da yaxından iştirak edir.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm