
Rusiya-Ukrayna savaşı uzanır: Münhen konfransı növbəti nəticəsiz tədbir ola bilər
10:07 06.02.2025
Dünya
535
ABŞ Münhen Təhlükəsizlik Konfransında Ukrayna böhranının həlli planını elan edəcək.
Bu barədə “Blumberq“ mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Münhen konfransı 14-16 fevral tarixlərində baş tutacaq.
Qeyd edək ki, Ukrayna böhranı ilə bağlı Normandiyə formatı görüşləri (2014-2015), Minsk razılaşmaları (2014-2015), Munix Təhlükəsizlik Konfransı (2015 və sonrakı illər) və s. kimi müxtəlif beynəlxalq konfranslar və görüşlər keçirilib. Bunlar münaqişənin dayandırılması və sülhün bərpa edilməsi məqsədilə beynəlxalq səviyyədə müzakirələr və diplomatik təzyiqlər təmin etsə də, müharibənin tam həlli və Ukraynanın tam bərpası hələ də əldə edilməyib. Həmçinin, davam edən gərginlik və diplomatik uğursuzluqlar, münaqişənin uzunmüddətli həllini çətinləşdirib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, indiyə qədər Ukrayna böhranı ilə bağlı kollektiv Qərb bir neçə dəfə konfrans keçirsə də, heç bir ciddi nəticə çıxmayıb:

"Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı qərarlar qəbul olunub. Ən böyük problemlərdən biri ondan ibarətdir ki, hər zaman keçirilən konfranslar kimi Münhendə də Rusiyanın iştirakı nəzərdə tutulmur. Bu dəfə rəsmi Moskva da yer alarsa, hər iki tərəfin mövqeyi və şərtləri rəsmi şəkildə müəyyən oluna bilər. Ümumiyyətlə bu cür böhranların hansısa konfrans və ya tədbirlərdə çoxtərəfli iştirakla həlli inandırıcı görünmür. Bu, daha çox ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq. Yəni Tramp-Putin görüşü məsələnin həllində müəyyən irəliləyişlərə yol aça bilər. Digər tərəfdən ABŞ Prezidenti seçki ərəfəsində verdiyi bir sıra vədləri yenidən təftiş etməyə başlayıb. İrəli sürdüyü bəzi iddialardan isə geri çəkilib. Yəni Ukrayna böhranının qısa müddətdə dayandırılması barədə dedikləri hazırda atdığı addımlarla qətiyyən uyğun gəlmir. Görünür ki, Tramp Ağ Evə köçdükdən sonra ümumi situasiyanı daha dəqiq müəyyən edib və öz vədlərinə düzəliş etmək qərarını verib. Eyni zamanda artıq Rusiyanın kifayət qədər zəiflədiyinin və iqtisadiyyatının iflasa doğru irəlilədiyi barədə müəyyən təsəvvürlər və məlumatlar olduğu üçün onun daha çox sıxışdırılması ön plana çıxa bilər".
Politoloqun sözlərinə görə, Tramp Ukrayna böhranının Rusiyanın məğlubiyyəti statusunda həllini tapmasına, o cümlədən Putindən daha çox güzəşt qoparmağa çalışacaq:
"Ukraynaya hərbi yardım etməyəcəyini dəfələrlə bildirən ABŞ Prezidenti, indi bunun bərpası ilə bağlı qərar qəbul edib. Deməli, Tramp administrasiyası Ukrayna böhranının uzadılmasına qarşı deyil. Rusiya Ağ Evin şərtləri daxilində müharibənin dayandırılmasına razılaşmasa, bu, daha çox davam edəcək. Nəticədə Rəsmi Moskva yaxın bir neçə ildə daha ağır vəziyyətə düşərək dünya məkanında təsirini və nüfuzunu tamamilə itirəcək. Ümumiyyətlə Münhen konfransı bu istiqamətdə növbəti nəticəsiz tədbir ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi