Analitik: “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir
11:49 06.02.2025
Aktual
506
Rusiya öz daxilində olan Azərbaycan diasporunu darmadağın edib və ölkəminiz ən öndə gedən ziyalılarını küncə sıxışdırıb
Azərbaycan hökuməti Rusiya Federasiyasına məxsus “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisindəki fəaliyyətinə xitam verilməsi barədə rəsmi qərar qəbul edib və bu barədə diplomatik kanallar vasitəsilə Moskvaya bildiriş göndərib. Bu qərar iki ölkə arasında mövcud olan diplomatik münasibətlər fonunda ciddi rezonans doğurub və müxtəlif səviyyələrdə müzakirə olunur. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib. Bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.
“Rossotrudniçestvo” – rəsmi adı ilə Rusiya Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Federal Agentlik, 2008-ci ildə yaradılıb. Bu qurumun əsas məqsədi Rusiyanın xarici ölkələrdə mədəniyyətini, dilini və təhsilini təşviq etmək, eyni zamanda, xaricdə yaşayan rus icmaları ilə əlaqələri gücləndirməkdir. Rusiya bu agentlik vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirərək postsovet məkanında və digər regionlarda nüfuzunu artırmağa çalışır. Lakin Azərbaycan tərəfi “Rossotrudniçestvo”nun fəaliyyəti ilə bağlı uzun müddətdir narahatlıq ifadə edirdi. Agentliyin yerli icmalar və QHT-lərlə əməkdaşlıq adı altında Azərbaycanın daxili işlərinə müdaxilə etdiyi, xüsusilə də etnik və mədəni məsələlər üzərindən siyasi təsir göstərməyə çalışdığı iddiaları səsləndirilirdi. Təhsil və Mədəniyyət Sahəsində Təsir “Rossotrudniçestvo” vasitəsilə Rusiyanın Azərbaycanda təhsil proqramları və mədəni tədbirlərlə rus dilini və mədəniyyətini təşviq etməsi bəzən ölkənin milli maraqları ilə ziddiyyət təşkil edirdi. Azərbaycan hökuməti təhsil və mədəniyyət sahəsində daha müstəqil siyasət yürütməyə çalışır və xarici təsirləri minimuma endirmək istəyir.
Azərbaycan hökuməti son illərdə milli suverenliyin qorunması və xarici təsirlərin azaldılması istiqamətində ciddi addımlar atır. Bu kontekstdə “Rossotrudniçestvo”nun fəaliyyəti ölkənin daxili işlərinə xarici müdaxilə kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, “Rus Evi”nə bənzər qrumlar uzun illərdir Azərbaycan daxilində ölkəmiz əleyhinə fəaliyyət göstərir:
“Eyni zamanda özlərinə məxsus bəlli şəbəkələr yaradaraq vətəndaşlarımızı ora cəlb edə biliblər. Əlbəttə, Azərbaycan Rusiya ilə dostluq və strateji əməkdaşlıq münasibətlərini nəzərə alaraq həmin ölkənin xətrinə dəyməmək yolunu tutub. Yəni Azərbaycan çalışıb ki, bir dövlət olaraq qonşu ölkə ilə münasibətlərimiz pisləşməsin. Amma Rusiya Azərbaycanla eyni mövqedə çıxış etməyib. Rusiya Azərbaycana münasibətdə ən sərt addımları atıb və atmağada davam edir. Həmçinin Rusiya öz daxilində olan Azərbaycan diasporunu darmadağın edib və ölkəminiz ən öndə gedən ziyalılarını küncə sıxışdırıb. Hazırda da Rusiya tərəfindən soydaşlarımızın başına gətirilməyən oyunlar qalmayıb. Eyni zamanda Azərbaycan və digər türk dillərinin Rusiyada dövlət səviyyəsində açıq şəkildə sıxışdırılması gedir. Belə bir şəraitdə Azərbaycanın Rusiyaya qucaq açması doğru olmazdı. Ona görə də Azərbaycan dövləti belə zərərli fəaliyyətlərin qarşısını almaq üçün hərəkətə keçməkdə haqlıdır”.
Ekspert qeyd edib ki, illər öncə Azərbaycanda İranın da buna bənzər fəaliyyətlərinin olduğunu xatırlatmaq lazımdır:
“İran ölkəmizdə mədəniyyət mərkəzi adı altında müxtəlif işlər görür, şəbəkələr yaratmaqla dövlətə qarşı hərəkatlanmalar aparırdı. Həmin hərəkatlanmaların qarşısını Azərbaycan dövləti nəhayət almaq məcburiyyətində qaldı. Hazırda Azərbaycan Rusiya ilə münasibətlərin normal müstəvidə qalmasında maraqlıdır, lakin Kreml bundan sui-istifadə etməyə çalışır. Rus dilində təhsillə bağlı müzakirələr aparan zaman üstümüzə xeyli insanlar gəlir. Bunların hamısını Rusiyanın müvafiq xidmətləri vaxtilə şəbəkələşdiriblər. Həmin prosesdə “Rus Evi” də yaxından iştirak edir. Bu isə dövlət təhlükəsizliyi məsələsinə qədər yüksəlib və Azərbaycan dövləti isə bununla bağlı lazimı addımları atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi