
Putin Trampı aldadır: Alyaska görüşü sülh yox, oyun idi
14:29 01.09.2025
Siyasət
463
"Vladimir Putinin Alyaskada Donald Trumpla görüşmək niyyəti nə Ukraynada müharibəni dayandırmaq, nə də dediyi kimi, sülh yaratmaq məqsədi daşıyırdı. Vladimir Putin Alyaskadakı görüşü Donald Trumpı yumşaltmaq və ABŞ–Rusiya münasibətlərində müəyyən qədər güzəştlərə nail olmaq üçün fürsət bilirdi. Görüş və danışıqlar formal xarakterli idi".
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov deyib.
Ekspertin sözlərinə görə, əgər rəsmi Kreml Ukraynada başladığı müharibəni bitirmək istəyirsə, həm döyüş aktivliyini azaldar və həm də də diplomatik kanallarla hərəkətə keçərdi:

“Putin Ukraynada işğalını daha genişləndirə bilsə də, əhəmiyyətli hərbi uğurlar qazansa da, yenə də müharibəni dayandırmayacaq. Putin timsalında Rusiya Ukrayna müharibəsini bütünlüklə SSR-nin və imperiya gücünün bərpası üçün həlledici mərhələ və proses hesab edir. Putin nəinki Alyaska görüşündə, digər platformalarda belə üçtərəfli formatda Ukrayna prezidenti Zelenskinun iştirakına imkan vermir, onun legitimluyini qəbul etmir. Təbii ki, Putin formal və nəticəsiz danışıqlara getməklə, danışıqlar aparan tərəf kimi təqdim etmək istəyir. Qaldı ki, Donald Trampın Ukraynaya, Zelenskiyə təsir imkanlarına, sözsüz ki, Donald Trumpın artlq imkanları məhduddur. Birincisi, Donald Trump ABŞ üçün Ukraynadan təbii ehtiyatlarla bağlı müqaviləni artıq əldə edib. İkincisi, Ukraynaya verilən silahların ödənişini isə Avropa İttifaqının üzərinə yükləyib. Üçüncüsü, Alyaskada görüş ərəfəsində Avropa İttifaqının bütövlükdə Ukraynaya dəstək nümayiş etdirməsi və müttəfiqlərin açıq mövqe ortaya qoyması Donald Trumpın təkbaşına Rusiya ilə hər hansı bir danışıqlara getməsinə, sövdələşməsinə imkanı məhdudlaşdlrmışdı”.
V. Dadaşovun fikrincə Alyaska görüşü, Rusiya–Ukrayna müharibəsi üzərində qurulsa da, Putin onu formatdan çıxararaq Rusiya–ABŞ münasibətlərinin tənzimlənməsi üçün meydana çevirib:
“Şübhə etmirəm ki, görüşdə əsas müzakirə mövzularından, bir müddət əvvəl, ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş Zəngəzur dəhlizi (Trump yolu) ilə bağlı razılaşma və eyni zamanda sülh müqaviləsinin paraflanması idi. ABŞ rəsmi İrəvanın razılığı ilə Ermənistana, Cənubi Qafqaza daxil olur. İstisna deyil ki, Putin Donald Trumpa Zəngəzur dəhlizi müqabilində Ukraynaya müdaxilədən çəkinməyi təklif etmiş olsun. Bu məna da, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasına Rusiyanın ehtiyatlı və neytral mövqedən çıxış etməsi də buna işarədir. Rusiya - Ermənistan münasibətləri isə göründüyündən də gərgindir. Zəngəzur dəhlizi ilə bağlı Putin - Tramp arasında Alyaskada müəyyən razılaşma əldə olunsa belə, Rusiya Paşinyanı devirmək planından geri çəkilməyəcək. Məsələ orasındadır ki, Rusiyanın Ermənistana hakimiyətə gətirə biləcəyi real fiquru yoxdur. Həm də, İrəvanda Paşinyan hakimiyyətinə sadiq güc strukturları və ABŞ hərbiçiləri var. Silahlı çevriliş variant isə, Rusiyanın Ermənistandan tamamilə çıxması riskini artırır”.
Azərbaycan - Rusiya münasibətlərinə gəldikdə isə siyasi ekspert bildirib ki, Rusiyanın Azərbaycana əhəmiyyətli təsir imkanları qalmayıb. Azərbaycanda Rusiya yönümlü qüvvələr – “beşinci kolon” tamamilə neytrallaşdırılıb, xüsusi xidmət orqanlarının fəaliyyəti nəzarətə götürülüb:
“Azərbaycanın Türkiyə vasitəsilə Qərbə inteqrasiyası daha da güclənib. Azərbaycan milli və strateji maraqlarının təmininə əlavə güclü oyunçuları də cəlb edə bilib. Artıq, Azərbaycan - Rusiya münasibətləri dostluq kontekstindən çıxaraq praktik əməkdaşlıq formatına keçir. Bu halda da, Rusiya, Qafqazın söz sahibi kimi qəbul edilmiş Azərbaycanı sonadək itirmək niyyətində deyil. Bu həm Türkiyəni itirmək deməkdir. Azərbaycan, Rusiyanın mane ola biləcək məsələlərin həllinə nail olub və artıq Rusiya ilə münasibətlərin normallaşması nəzərdən keçirilə bilər. Yaxın zamanlarda Rusiya - Azərbaycan münasibətlərində müəyyən istiləşmə mümkündür. Ancaq, münasibətlər dostluq yox, praktik əməkdaşlıq formatında olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya