Virusları ən çox ağcaqanadlar yayır - İqlim dəyişikliyi təhlükəni artırır
22:34 01.09.2025
Sağlamlıq
536
“Ağcaqanad sancması anafilaktoid reaksiyalara səbəb ola bilər”
Avropa Səhiyyə rəsmiləri bildiriblər ki, bu yay Qərbi Nil virusu və çikungunya qızdırması kimi ağcaqanadlarla yoluxan xəstəliklərin “rekord epidemiyası” qeydə alınıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə görə, qitədə temperaturun yüksəlməsi ağcaqanadların çoxalması və virusların yayılması üçün münbit şərait yaradır. Səhiyyə və iqlim ekspertləri də xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi nəticəsində ağcaqanadlarla yoluxan xəstəliklər Avropada endemik hal ala bilər. Agentliyin məlumatına görə, 2025-ci ildə çikunqunya qızdırmasının 27 epidemiyası qeydə alınıb ki, bu da qitə üçün yeni rekorddur. Qərbi Nil virusuna yoluxmada da 335 hadisə baş verib ki, bu da son üç ilin ən yüksək göstəricisidir. Çikungunya və ya Qərbi Nil virusunun xüsusi müalicəsi yoxdur. Avropa Birliyi Çikungunya qızdırmasına qarşı iki peyvəndi təsdiqləyib, lakin Qərbi Nil virusuna qarşı peyvənd yoxdur.
Xatırladaq ki, adıçəkilən mərkəz ötən il də oxşar bəyanatla çıxış edərək epidemiyanın yayılmasını iqlim dəyişikliyi ilə əlaqələndirmişdi. Qeyd edilmişdi ki, “Dang, çikungunya və “Zika” virusuna yoluxma ilə əlaqəli olan “Aedes albopictus virusu” , Avropada şimala, şərqə və qərbə doğru yayılmaqdadır və hazırda Avropa Birliyinin 13 ölkəsində qeydə alınıb. Adı “sarıhumma”, “dang”, “chikungunya” və “Zika” virusunun vektoru olan Sarı Humma ağcaqanadı (Aedes aegypti) Kiprdə də qeydə alınıb. “Qərbi Nil virusu”nun yayılmasından sorumlu olan Culex pipiens ağcaqanadı Avropa qitəsinə xasdır və Avropa Birliyi ölkələrində mövcuddur. ECDC iqlim dəyişikliyinin bu növ ağcaqanadların çoxalmasına səbəb olduğunu bildirir. Ağcaqanadların çoxalması, yayılması üçün hazırda dünyada, o cümlədən Avropada “münbit şərait formalaşıb. Ətraf mühitin hədsiz çirklənməsi, çirkli su hövzələrinin formalaşması virus daşıyıcısı olan ağcaqanadların çoxalmasını və yayılmasını şərtləndirir. Bu da virus mənşəli xəstəliklərin yayılmasına, yoluxma sayının artmasına səbəb olur. Nəticədə xəstəliklər hətta epidemiya şəklinin alır. Ötən ilin əvvəlindən İspaniyanın Sevilya şəhərində Qərbi Nil virusu infeksiyası yayılıb. İqlim dəyişikliyi virusun yayılma vaxtını da dəyişib. Adətən yay aylarında baş verən bu tip hallara indi ilin başlanğıcından rast gəlinir. ECDC-nin direktoru Andrea Ammon isə bildirib ki, virusun yayılmasına həm də ölkələrarası səyahətlər, mal və məhsulların idxalı da səbəb olur. Yəni virus bu yolla “səyahətə çıxır”, bir ölkədən digərinə keçid edir. Virusun yayılma sürətini azaltmaq üçün yoluxmaların qısa zamanda təsbit edilməsi, yoluxmuş şəxslərin təcrid edilməsi və ciddi müayinə və müalicə əsasdır.
Qeyd edək ki, ötən il Misir Ərəb Respublikasında 270 nəfərin mənbəsi hələ də tapılmayan naməlum xəstəliyə tutulduğu xəbərləri yayılmışdı. Yoluxma sayındakı artım xəstəliyin Covid-19-un yeni bir variant ola biləcəyi ehtimallarını da artırmışdı. Bəzi mütəxəssislər xəstəliyin Covid-19-un yeni variant ola biləcəyindən ehtiyat edirdisə də, bir başqaları bunun məhz ağcaqanadlar vasitəsilə yayılan “dang humması” xəstəliyi olacağından ehtiyatlanırdı. Misir Səhiyyə və Əhali Nazirliyi Əl-Aleqat kəndindəki xəstələrdə simptomlarının müxtəlif olduğunu açıqlamışdı; vücud ağrıları, 3-5 gün davam edən hərarət, sümük ağrıları, zaman-zaman qaytarma, mədə-bağırsaq pozuntusu.
Türkiyəli həkim-dermatoloq Zekayi Kutlubay isə ağcaqanad sancmasının təhlükələri barədə danışarkən insanların ehtiyatlı olmasını tövsiyə edib: “Bu mövsümdə şikayətlər daha tez başlayıb. Ağcaqanad sancamısı ciddi fəsadlar törədə bilir. Bəzən hətta anafilaktoid (qeyri-immun mexanizmlərin işə düşməsi – anafilaktik şok) reaksiyalara da səbəb olur. Bu da ən qorxduğumuz reaksiyadır. Nəfəsalma çətinləşir, dil, nəfəs borusu şişir, qan təzyiqi düşür və xəstə bayılır. Buna görə də çox diqqətli olmaq lazımdır”. Z.Kutlubay ağcaqanadların çoxalmasının əsas səbəbləri kimi sanitar-gigiyenik vəziyyətin aşağı səviyyəsi, ətraf mühitdəki natəmizlik, çirkli su hövzələrinin, gölməçələrin olması, nəmişlik, kanalizasiya sularının açıq şəkildə axmasını göstərib: ”Belə şərait ağcaqanadların sürətlə çoxalmasına və epidemiyaların yayılmasına səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer edir?
19:57 10.07.2026
Futbol
Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
19:43 10.07.2026
Futbol
"Rusiya qafqazlılar üçün" mahnısı qadağan olundu
19:27 10.07.2026
Region
Ərdoğan Liberiya Prezidenti ilə görüşdü
19:20 10.07.2026
Gündəm
Netanyahu istəsə də, Tramp icazə vermir - KİV
19:12 10.07.2026
Dünya
Niderlandda 150-dən çox sovet əsgərinin məzarı təhqir edilib
19:04 10.07.2026
Dünya
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
18:56 10.07.2026
Gündəm
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
18:48 10.07.2026
Dünya
AB Macarıstan üçün 10 milyard avroluq planı təsdiqlədi
18:35 10.07.2026
Dünya
Tokayev Trampı Qazaxıstana dəvət etdi
18:28 10.07.2026
Dünya
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
18:21 10.07.2026
Cənubi Qafqaz
Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi
18:07 10.07.2026
Hadisə
İqtisadi Şuranın iclası keçirildi
17:41 10.07.2026
Gündəm
Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
17:38 10.07.2026
Hadisə
Leysan yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ
17:30 10.07.2026
Ekologiya