Pezeşkian: Tehran batır
09:37 04.10.2025
Region
342
İran Prezidenti Məsud Pezeşkian Tehranda davam edən su böhranı və torpaq sürüşmələri səbəbindən paytaxtı Fars körfəzinə, Dubayla (BƏƏ) üzbəüz bölgəyə köçürməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “Times”in analitiki Nik Kövsər yazıb.
Təhlilçilər deyirlər ki, İranda onilliklər boyu davam edən böhran suyu qeyri-məhdud hesab edən hər bir cəmiyyətə xəbərdarlıqdır.
Məsud Pezeşkian şəhərin həddən artıq genişlənməsi, lazımi su təchizatının olmaması və çökmə təhlükəsinin artması səbəbindən paytaxtı cənuba köçürməkdən başqa çarənin olmadığını deyib. Təklif ötən il İranın Ali rəhbəri Əli Xamenei ilə müzakirə olunub.
Təklif ölkədə sərt tənqidlə qarşılansa da, Pezeşkian qeyd edib ki, İranda resurs böhranı çox ağır olduğundan bunu etməyə məcburdurlar.
Mənbələr söhbətin İranın cənubunda yerləşən Hörmüzqan vilayətindən getdiyini iddia edirlər. Hörmüzqan Tehrandan təxminən 1000 km cənubda, Fars körfəzində yerləşir. Bununla belə, hansı şəhərin yeni paytaxt olacağı hələlik məlum deyil.
Məsud Pezeşkiandan əvvəlki prezidentlər də paytaxtın köçürülməsi məsələsini qaldırıblar. Məsələn, Həsən Ruhani hətta bir neçə variantı özündə birləşdirən plan hazırlamışdı.
Hazırkı prezident bildirib ki, ölkənin bəzi yerlərində torpaq ildə 30 santimetrə qədər çökür: “Bu, fəlakətdir və ayağımızın altındakı suyun tükəndiyini göstərir”.
Əvvəllər Tehranda suyun 70 faizi bəndlərdən, 30 faizi isə yeraltı mənbələrdən alınırdı. Amma yağıntıların az olması və buxarlanmanın artması səbəbindən bəndlərdən çıxarılan sular azalır, qrunt sularına təzyiq yaradır. Nəticədə suyun çıxarıldığı ərazidə çökmə baş verir.
“Times”ın analitiki Nik Kövsərin sözlərinə görə, İranda su böhranı bu yay fövqəladə vəziyyətə çevrilib.
“Quyular çöküb, bəzi su anbarları quruyub. Tehranda kranlar günortaya yaxın kəsilir. Dövlət mediası Tehranın su ehtiyatlarının artıq bir neçə həftə ərzində tələbatı ödəyə bilməyəcəyi nöqtəyə çata biləcəyi barədə xəbərdarlıq etməyə başlayıb”.
Qeyd edilir ki, milyonlarla iranlı su problemi ilə üzləşib, elektrik enerjisinin kəsilməsi davam edir:
“İran üçün nadir bir addım olaraq, Prezident Məsud Pezeşkian uğursuzluqları etiraf edib və problemi həll edə bilən hər kəsə təxminən 1 milyon dollar mükafat vəd edib. İran sadəcə quraqlıq yaşamır. Tələbin təklifi xeyli üstələdiyi su iflası yaşayır”.
Nik Kövsərə görə, dövlət tərəfindən suların meqalayihələr üçün yerli-yersiz istismarı nəticəsində bu gün milyonlarla insan içməli susuz qalıb. Bununla belə, hökumət su ilə bağlı meqalayihələrini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi