ABŞ və İsrail İranın Kaşan hava limanını vurdu

ABŞ və İsrail İranın Kaşan şəhərindəki hava limanına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bu axşam Kaşan mülki hava limanı ABŞ və İsrail tərəfindən hücuma məruz qaldı. Hücum zamanı onun bir neçə hissəsinə ziyan dəyib", - deyə açıqlamada bildirilir.

Həmçinin bildirilib ki, çərşənbə günü ABŞ və İsrail İranın bir sıra digər şəhərlərinə, o cümlədən İsfahan, Şəhr-e Rza, Aran, Beydqol və Nəcəfabad şəhərlərinə hücumlar həyata keçiriblər.