
Əhmədian regiondan kənar qüvvələr haqqında danişarkən Ermənistana mesaj ötürur -ŞƏRH
12:54 10.01.2025
Region
554
Regiondankənar və xarici qüvvələrin mövcudluğu bölgədə siyasi və təhlükəsizlik məsələlərinin mürəkkəbliyini artırır və bunların həllinə kömək etməyəcək. Bunu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian deyib. Əhmədian sülh və sabitliyin bərqərar olmasının yalnız region ölkələrinin köməyi və əməkdaşlığı ilə mümkün olduğunu bildirib. Görüşdə iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin yüksəldilməsinin vacibliyi də vurğulanıb. Tərəflər neft emalı və neft-kimya sənayesi kimi yeni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən söz açıblar. Qeyd edək ki, Əhmədian Paşinyanla ötən gün görüşüb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdə regiondan kənar qüvvələr haqqında danişarkən Ermənistana mesaj ötürmüş olur:

“Çünki hazırda regiondan kənar qüvvələrin at oynatdığı və özünün meydançasına çevirdiyi ərazilər Ermənistana məxsusdur. Bu gün Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Qərb casus şəbəkələri kəşfiyyat fəaliyyətləri aparırlar. Eyni zamanda Ermənistan ərazilərində Fransanın casus şəbəkələri at oynadırlar. Məhz Ermənistan onu silahlandıran Fransa kimi qüvvələrin və Qərb havadarlarının vasitəsilə bölgəyə gərginlik bəxş edir. Halbuki Azərbaycan tərəfindən “3+3” platforması təklif edilib. Bu təklif sayəsində regiondan kənar bölgəyə sirayət olmaq çalışan qüvvələri sərf-nəzər edərək region ölkələrinin birliyini özündə ehtiva edir. Lakin buna baxmayaraq Əhmədian Paşinyanla görüşdə Ermənistanın adını çəkərək cəsarətli formada rəsmi İrəvanın regiondan kənar qüvvələri Cənubi Qafqaza daşımağı ilə bağlı heç bir mesaj vermədi. Bağlı qapılar arxasında söhbətn hansı məcrada getdiyini deyə bilmərik. Ümumiyyətlə, Ermənistan regiondan kənar qüvvələri Cənubi Qafqaza daşıma problemi faktiki olaraq həll olunmur və bölgədə sülhü, sabitliyi təhdid edən elementə çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm