Ermənistanda ilkin məlumatlara görə, uşaqların rus dilində tədris aparılan siniflərdə təhsil alması üçün 5 427 müraciət daxil olub. Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasan cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, xüsusilə 1-ci və 10-cu siniflərə qəbul üçün müraciətlərin qəbulu sentyabrın 5-dək davam edəcək. Buna görə də şagirdlərin yekun sayı daha sonra hesablanaraq açıqlanacaq.
“Ötən tədris ilində məktəblərimizdə 424 939 şagird təhsil alıb. Müsbət dinamika var. Bu il də, böyük ehtimalla, göstəricilər təxminən eyni olacaq”, – deyə Andreasan bildirib.