Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.
Bu barədə Teleqraf Ermənistan mediasına istinadən xəbər verir.
David Tadevosyan nəqliyyat və infrastruktur naziri vəzifəsinə gətirilib. Bundan başqa, Tiqran Xaçatryan və Mqer Qriqoryan Baş nazirin müavinləri təyin ediliblər.
Hökumətin digər üzvləri isə öz vəzifələrində saxlanılıblar.