İmamoğlunun məhkəməsində iddia: “8 milyon ödəsəniz, sizə dəstək olarıq”

İstanbulda Əkrəm İmamoğlu ilə bağlı 414 təqsirləndirilənin mühakimə olunduğu məhkəmənin 68-ci iclasında diqqətçəkən iddia səsləndirilib.

Sherg.az xəbər verir ki, iş adamı Hamit Demir məhkəmədə bildirib ki, Beylikdüzündə həyata keçirdiyi layihənin tikinti icazəsini almaq üçün ondan 8 milyon lirə tələb edilib.

Demirin sözlərinə görə, 2017-ci ildə bələdiyyədə ona “8 milyon ödəsəniz, bu məsələdə sizə dəstək olarıq” deyilib. O, tikinti icazəsini əldə etmək üçün məbləğin bir hissəsini pul, bir hissəsini isə mənzil formasında ödədiyini və daha sonra layihəni başa çatdırdığını bildirib.

Demir məhkəmədə ümumi ödənişin 8 milyon lirə olduğunu təsdiqləyib.