
İrana zəng edənləri qarşılayan müəmmalı səs yazısı: "Həyat sürprizlərlə doludur"
13:31 23.06.2025
Region
316
İranda internetin kəsildiyi vaxtlarda mobil telefonla yaxınlarını axtaran şəxslər, sevdiklərinin səsi əvəzinə robot səsi ilə yazılmış bir mesajla qarşılaşıblar.
Sherg.az xəbər verir ki, İranda yaşayan dostlarına və yaxınlarına zəng edən insanlar, əvvəldən yazılmış səsli mesaj eşidiblər.
CNN-in dinlədiyi telefon danışığında, İrandan kənarda olan bir şəxs dostunun səsini eşitməyə ümid etsə də, onun əvəzinə robotik bir səslə qarşılaşır. Mesaj belə başlayır:
“Salam, dinləmək üçün vaxt ayırdığınız üçün təşəkkür edirik.”

Mesajın davamında belə deyilir:
“Həyat gözlənilməz sürprizlərlə doludur və bu sürprizlər bəzən sevinc, bəzən isə çətinlik gətirir. Ən önəmlisi isə bu çətinliklərin öhdəsindən gəlmək üçün içimizdəki gücü kəşf etməkdir.”
Təxminən 90 saniyə davam edən bu mesajın sonunda dinləyicidən gözlərini yumaraq özünü “sakitlik və xoşbəxtlik gətirən” bir məkanda təsəvvür etməsi istənilir.
Fərqli versiyaların mövcud olduğu bildirilsə də, bu mətnin İranda mobil telefonla əlaqə saxlamağa çalışanların ən çox eşitdiyi versiya olduğu qeyd edilir. Sabit xətlərə edilən zənglərdə isə bu tip mesajlara rast gəlinməyib.
Bu səsli mesajlar, İran hökumətinin təhlükəsizlik səbəbi ilə ölkə üzrə müvəqqəti internet məhdudiyyətləri tətbiq etməsindən sonra yayılmağa başlayıb. WhatsApp kimi tətbiqlərə giriş bağlandıqdan sonra, xaricdəki şəxslər yaxınlarına birbaşa zəng etməyə üstünlük veriblər. Tətbiqlər üzərindən edilən zənglər zamanı bu mesaj eşidilmir.
İranın Rabitə Nazirliyinə görə, xaricdə yaşayan iranlılar ailələri ilə yerli mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlaya bilirlər.
İran hökuməti ölkədə tez-tez internetə çıxışı məhdudlaşdırır. 2022-ci ildə ölkə üzrə keçirilən etirazlar zamanı, etirazları yatırmaq məqsədilə bir neçə dəfə internet tamamilə kəsilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə