Əgər yeni hərbi qarşıdurma olarsa, İran əvvəlkindən də sərt mövqe nümayiş etdirəcək.
Axar.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin komandanının siyasi müşaviri Rəsul Sənayirad bildirib.
O qeyd edib ki, İranda siyasi baxışlar və mövqelər fərqli olsa da, xarici müdaxilə baş verəcəyi təqdirdə ölkə daxilində birlik və həmrəyliyin daha da güclənməsi gözlənilir.