İrəvanın Nor Nork inzibati rayon məhkəməsinin binasından təqsirləndirilən şəxs qaçıb.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın Shamshyan.com saytı məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 3-də baş verib. Məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilən təqsirləndirilən şəxs qaçmağa müvəffəq olub. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmayıb.
Hazırda polis qaçan şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.