İsveçrəyə getməsəydik, daha çox qan töküləcəkdi - Qalibaf

Televiziyadakı verilişlərdən birində onların Mehrabad hava limanının bağlanmasını və danışıqlar qrupunun İsveçrəyə getməməsini arzuladıqlarını gördüm.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.

“Mən həmin əziz insanlara deyirəm: əgər biz İsveçrəyə getməsəydik, Livandakı müsəlmanların və şiələrin qanı hər an daha çox töküləcəkdi”, - Qalibaf bildirib.

Qeyd edək ki, İsveçrədə İran, ABŞ və Qətər arasında Livanda atəşkəs və İranın aktivlərinin blokdan çıxarılması ilə bağlı üçtərəfli danışıqlar keçirilib.