Keçmiş erməni deputatın niyə saxlanıldığını açıqlanıb

Ermənistan Milli Məclisinin keçmiş deputatı Martun Qriqoryanın saxlanılması seçicilərin ələ alınması ilə bağlı cinayət işi ilə əlaqədardır.

Sherg.az xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yerli mediaya bildirilib ki, siyasətçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçir. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etmək məqsədilə saxlanılıb.

Siyasətçinin saxlanılması barədə səhər saatlarında Gümrü Ağsaqqallar Şurasında “Bizim şəhər” fraksiyasına rəhbərlik edən silahdaşı Liza Qasparyan məlumat verib. Daha sonra məlumatı vəkil Arsen Babayan da təsdiqləyib.

Qriqoryan iyun ayında keçirilən parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının siyahısı ilə iştirak edib.