Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi

Ermənistanda beynəlxalq hüquqi məsələlər üzrə nümayəndənin ofisinin sabiq rəhbəri, "Birlik Qanadları" Partiyasının təmsilçisi Liparit Drmeyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Sherg.az-ın məlumatına görə, Drmeyan bildirib ki, Paşinyanın onun barəsində səsləndirdiyi ittihamlar həqiqətə uyğun deyil, şərəf və ləyaqətini ləkələyir. O, məhkəmədən baş nazirin bu açıqlamaları təkzib etməsini tələb edib.

Sabiq məmur hələlik mənəvi təzminat istəmədiyini, lakin gələcəkdə bu tələbi iddiaya əlavə edə biləcəyini qeyd edib. O, həmçinin mövcud şəraitdə Ermənistanda istənilən ssenarinin mümkün olduğunu da vurğulayıb.