Ermənistanın "Güclü Ermənistan" fraksiyasından seçilmiş deputat Narek Karapetyan bildirib ki, səhər saatlarında evində keçirilən iki saatlıq axtarış zamanı hüquq-mühafizə orqanları mühüm heç nə müsadirə etməyib.
Sherg.az xəbər verir ki, Karapetyan cinayət təqibini və axtarışları siyasi fəaliyyəti ilə əlaqələndirib. O, İstintaq Komitəsinin çağırışlarına getmədiyini, həbsdən çəkinmədiyini və hakimiyyətin bu yolla siyasi fəaliyyətini məhdudlaşdıra bilməyəcəyini deyib.
Siyasətçi həmçinin baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, Ermənistanın Rusiya ilə münasibətlərinin daha da gərginləşdirilməsinin ölkə üçün mənfi nəticələr doğura biləcəyini bildirib.
Qeyd edək ki, Baş Prokurorluq Karapetyana qarşı çirkli pulların yuyulması və seçicilərin ələ alınması işi üzrə ittiham irəli sürüb. Məhkəmə onun barəsində 1 milyard dram (təxminən 2,6 milyon dollar) məbləğində girov qətimkan tədbiri seçib.