Paşinyan yeni hökumətini qurdu - Ermənistanın yeni kabineti fəaliyyətə başladı

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan seçkilərdə qələbə qazanan Baş nazir Nikol Paşinyanın formalaşdırdığı yeni hökuməti təsdiqləyib.

Sherg.az xəbər verir ki, məlumata görə, yeni kabinetdə ciddi dəyişikliklər edilməyib. Yüksək Texnologiyalar Sənayesi naziri vəzifəsini tərk edən Mxitar Ayrapetyanın yerinə Davit Tadevosyan təyin olunub.

Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarqsyan, səhiyyə naziri Anahit Avanesyan və iqtisadiyyat naziri Gevorq Papoyan əvvəlki vəzifələrini qoruyublar.

Ermənistan parlamentinin yeni sədri isə parlament sədrinin müavini və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan seçilib.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu əldə edib və yeni hökuməti formalaşdırmaq hüququ qazanıb.

Parlamentdə təmsil olunan digər siyasi qüvvələr isə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan bloku və sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan Alyansı olub.