Qalibaf: Müharibəyə hazır olmasaq, danışıqlar da nəticə verməyəcək

İran hər zaman özünümüdafiəyə hazır olmalıdır. Əks halda, ABŞ ilə hər hansı təmas və ya dialoq nəticəsiz qalacaq.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Bağdadda səfərdə olan Qalibaf iraqlı həmkarı Hibat əl-Halbusi ilə görüşündə qeyd edib ki, bölgədəki bütün problemlərə və böhranlara görə məsuliyyət daşıyan tərəf ABŞ-dir: "Bundan əlavə, İngiltərənin bölgəmizdə əkdiyi "İsrail xərçəngi" bölgədəki duruma mənfi təsir göstərir".

ABŞ ilə davam edən münaqişə vəziyyətinə toxunan Qalibaf bildirib ki, İranın rəhbərliyi hərbi qüvvələri və xalqı ilə ABŞ-a müqavimət göstərərək onun "hegemonluğunu sındırdığını" iddia edərək əlavə etdi: "Hətta bu gün çarəsiz vəziyyətdə olan Amerika müharibədən çəkilərsə, nüfuzunu itirəcək və müharibəni davam etdirərsə, özü üçün onlarla problem yaradacaq. Əgər müharibəyə hazır deyiliksə, o zaman danışıqlar nəticəsiz olacaq".

Qalibafın fikrincə, bölgədəki qeyri-sabitliyin və normal ticarət yollarının pozulmasının səbəbkarı Vaşinqtondur.

İran parlamentinin sədrinin fikrincə, ABŞ hazırda iflic vəziyyətindədir. Müharibədən geri çəkildiyi, hətta gərginliyi davam etdirdiyi halda belə nüfuzunu itirəcək.