Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyənin Balıkəsir vilayətində meşə yanğını baş verib.

APA-nın Türkiyə bürosunun yerli KİV-ə istinadən verdiyi xəbərə görə, alovlar yaşayış məntəqələrinə yaxınlaşıb, bəzi sakinlər təxliyə edilib.

Yanğına havadan 9 təyyarə və 6 helikopterlə müdaxilə olunur.