Xamenei: Üsyançılarla danışmaq faydasızdır, nəzarət altına almaq lazımdır

"İranın düşmənləri hər fürsətdən istifadə edərək İranda sabitliyi pozmağa çalışır".

Teleqraf xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Əli Xamenei bildirib.

O deyib ki, etirazçıların arxasında provokatorlar dayanır:

"Onlar islamafob, anti-iran və hökumət əleyhinə şüarlar səsləndirirlər. Etirazlar haqlıdır, lakin etirazla xaos arasında fərq var. Biz etirazçılarla danışırıq, məmurlar da danışmalıdır, amma üsyançılarla danışmaq faydasızdır. Üsyançılar nəzarət altına alınmalıdır".

O əlavə edib ki, bəzi qrupların müxtəlif bəhanələrlə ölkədə vəziyyəti sabitləşdirməyə çalışması, adi vətəndaşların etirazlarından istifadə etməsi qəbuledilməzdir: “Düşməni başa düşmək lazımdır, düşmən heç vaxt boş oturmur, hər fürsətdən istifadə edir”.

Qeyd edək ki, İranda etirazlar 29 dekabr 2025-ci il tarixində Tehranın mərkəzində başlayıb. Ticarətçilər ərzaq və mal qiymətlərinin artmasına etiraz edərək həmkarlarını mağazalarını bağlamağa və hərəkatına qoşulmağa çağırıblar. 30 dekabrda universitet tələbələri də etirazlara qoşulub. 31 dekabrda isə Fars əyalətinin Fəs şəhərində naməlum şəxslər şəhər idarəsinin binasına hücum ediblər.