10 milyon dollar xərcləndi
23:17 07.09.2021
Relaks
1128
Türkiyənin 81 əyalətində türk cəmiyyətinin genetik quruluşu araşdırılıb
"Avropa cəmiyyətləriylə oxşarlıq gözləniləndən daha da yüksəkdir"
Türkiyə, ABŞ və İngiltərədən elm adamlarının qatıldığı araşdırmada 10 il ərzində Türkiyənin 81 əyalətindən təxminən 4 min insanın DNT-si araşdırılaraq türk cəmiyyətinin detallı genetik quruluşu ortaya çıxarılıb. Bu layihənin təşkilatçısı Bilkent Universitetinin müəllimi Dr. Tayfun Özçelik araşdırmanın nəticələri haqqında məlumat verib. 10 il davam edən və 10 milyon dollarlıq bir büdcə ilə aparılan araşdırmada Türkiyənin 81 əyalətindən təxminən 4 min insanın DNT -sini araşdırdıqlarını və türklərin genetik quruluşu ilə əlaqədar əhəmiyyətli məlumatlar əldə etdiklərini söyləyən Özçelik bildirib ki, araşdırmanın nəticələri Türkiyənin genetik cəhətdən inteqrasiya olunduğunu və yüksək səviyyəli genetik müxtəlifliyə sahib olduğunu ortaya qoyub.
Özçelik araşdırma ilə əlaqədar olaraq bunları əlavə edib:
"Əsas komponent analizində türk əhalisinin genetik quruluşunun fərqli fərdlər arasında çox dəyişkən olduğunu, ancaq fərdlərin genetik olaraq fərqli qruplar yaratmadığını müşahidə etdik. Türk cəmiyyəti ilə Balkan, Qafqaz və Orta Şərq cəmiyyətləri arasında ortaq genetik komponentlər var. Avropa cəmiyyətləriylə oxşarlıq gözləniləndən daha da yüksəkdir. Türkiyə genetik quruluşu və coğrafi mövqeyi ilə Şərqlə Qərb arasında bir körpüdür. Anadolu qədim daş dövründən etibarən köç hadisələri üçün əsas körpü rolunu oynayıb. Bu coğrafiyada bir çox cəmiyyət yaşamış və genetik irsini nəsildən-nəslə ötürmüşdü. Tarixdən əvvəlki dövrdən bəri Anadoluda yaşayan cəmiyyətlər arasında gerçəkləşən köçlər və genetik transfer bu torpaqların genetik homojenləşməsinə səbəb olub. Daha yaxın dövrlərdə baş verən ölkə daxilindəki köçlər də böyük ehtimalla bu homogenləşməyə kömək edib. Nəticələr bu günə qədər Anadolu coğrafiyasında baş verən köç hadisələrinin genetik təsirlərinə işarə etməkdədir".
Anadolunun Asiya, Avropa və Afrika arasında tarixi bir körpü rolunu oynadığını ifadə edən Özçelik əlavə edib ki, türk cəmiyyəti bu körpünün təsirlərini filogenetik baxımdan əks etdirir: "Türk cəmiyyətinin başda İtaliya olmaqla, Toskanada yaşayan insanlarla sıx əlaqədə olduğunu müşahidə etdik. Türk fərdləri genetik olaraq yaxın əlaqədə olduğu ikinci ölkə İspaniyadır. Əldə olunan tapıntılar Anadolunun ilk fermerlərinin Neolit dövründə Avropaya köçünün təsirlərini əks etdirir. Araşdırma nəticəsində bu günə qədər türk cəmiyyəti üçün ən əhatəli genetik məlumat bazası yaradıldı və nəticədə türk cəmiyyətinə xas olan genetik dəyişikliklərin olduğu aşkarlandı.
Əldə olunan tapıntılar onu deməyə əsas verir ki, bir xəstəliklə əlaqəli olaraq çoxsaylı nadir genetik dəyişikliklər də meydana gələ bilər. Ümumiyyətlə, bu cür genetik dəyişikliklərin təsbit edilməsi, xüsusən də Türkiyədə insan genetikası ilə bağlı gələcək tədqiqatların aparılması üçün güclü bir təməl təşkil edir. Yeni yaradılan verilənlər bazası, nadir genetik xəstəliklərə səbəb olan namizədlərin genlərində baş verən genetik dəyişiklikləri aşkar etmək və kompleks xəstəlikləri (piylənmə və diabet kimi) aşkar etmək üçün təsis edilib. Ümumiyyətlə, bu tədqiqat gələcəkdə genetik həssaslığı müəyyən etmək üçün dəyərli bir qaynaq olacaq. Yəni verilənlər bazası bütün tədqiqatçılar üçün əlçatandır".
Tayfun Özçelik türk cəmiyyətinin genetik quruluşu ilə bağlı elmi məqalənin Amerika Elmlər Akademiyasının rəsmi nəşri olan "Proceedings of National Sciences Academy"də nəşr olunduğunu deyib. Məqalədə qeyd olunub ki, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Türkiyədə qohum evliliklərinin əmsalı da yüksəkdir. Qeyd olunub ki, yüksək səviyyədə qohumluq əmsalı xüsusilə resessiv xəstəliklər üçün böyük risk yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya