Tokio dünyanın ən təhlükəsiz şəhəri seçilib


Yaponiyanın paytaxtı Tokio dünyanın 60 böyük şəhərinin təhlükəsizlik meyarları ilə müqayisə edildiyi siyahıda birinci yeri tutub.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki,Tokio Economist Intelligence Unit tədqiqat şirkətinin hazırladığı “Dünyanın ən təhlükəsiz şəhərləri” siyahısında ilk sırada yer alıb. Yaponiya paytaxtı ardıcıl olaraq üçüncü dəfədir ən təhlükəsiz şəhər seçilib.

Tədqiqatda dünyanın 60 şəhərinin şəxsi təhlükəsizlik, rəqəmsal, səhiyyə və infrastruktur təhlükəsizliyi imkanları baxımından müqayisəsi aparılıb. Siyahıda Tokiodan sonra Sinqapur, Osaka (Yaponiya), Sidney (Avstraliya), Toronto (Kanada), Vaşinqton (ABŞ), Kopenhagen (Danimarka), Seul (Cənubi Koreya) və Melburn (Avstraliya) şəhərləri yer alıblar.