Avqustun 31-də Çin Kuayçjou-1A raketdaşıyıcısı ilə kosmosa iki peyk göndərib.
Axar.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasiya eksperimental peyki, digəri isə Syaosan-1-07 elmi-tədqiqat aparatıdır.
Bu, Kuayçjou-1A raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır.
ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir. Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.